Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Quldurlar şəhəri qarət etdilər
Quldurlar şəhəri qarət etdilər
05 Mart 2016 / 10:16 / Baxış sayı: 904
Font1 Font2 Font3 Font4

Argentinada silahlı quldur dəstəsi kiçik bir şəhərə hücum edərək yerli meriya, bank, poçt şöbəsi, məhkəmə və hətta polis məntəqəsini qarət ediblər.

APA-nın “RİA  Novosti”yə istinadən verdiyi xəbərə görə, söhbət Santa-Fe əyalətində əhalisi 1800 nəfərdən ibarət olan Bernardo-de-İriqoyen şəhərindən gedir.

Məlumata görə, əvvəlcə quldurlar polis məntəqəsinə hücum edərək polis əməkdaşlarını tərksilah ediblər. Bundan sonra onlar, məhkəmə də daxil olmaqla,  pul ola biləcəyi bütün yerlərə “baş çəkiblər”. “Onlar hətta mənim pul qabımı da apardılar”, – deyə hakim Raul Bonanesa şikayət edib.

Quldurlar, ümumilikdə, 250 min peso (təxminən 16 min dollar) oğurlayıblar.

Quldurlar şəhəri tərk etdikdən sonra sakinlər qarət barədə məlumat verə biliblər. Təqib zamanı quldurlardan biri öldürülüb. Üç quldurun axtarışları davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə