Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DGK: “Qarabağ əlilinin fiziki təzyiqə məruz qalması yalandır”
DGK: “Qarabağ əlilinin fiziki təzyiqə məruz qalması yalandır”
07 Mart 2016 / 13:28 / Baxış sayı: 770
Font1 Font2 Font3 Font4

“Bəzi kütləvi informasiya vasitələrində Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda Qarabağ əlilinin fiziki təzyiqə məruz qalması barədə həqiqətə uyğun olmayan, aidiyyəti qurumlarla dəqiqləşdirilməmiş məlumatlar yayılıb”.

Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası vətəndaşı Zakir Əliyev Azərbaycandan Rusiya Federasiyasına apardığı pomidor yükünü gömrük orqanına nar və alma kimi bəyan edib və Rusiya tərəfi ilə həyata keçirilən birgə əməliyyat nəticəsində yük saxlanılıb.

Yoxlama zamanı gömrük orqanı əməkdaşları Zakir Əliyevə yükün mal müşayiət sənədlərinin qaydasında olmadığını irad tutaraq bəyannamənin qanuna uyğun şəkildə tərtib edilməsini tələb edib. Ancaq Zakir Əliyev bununla razılaşmayıb və əlilliyindən istifadə edərək qanusuz hərəkətlərə yol verib və asayişi pozmağa çalışıb.

Haqsız tələbinə nail ola bilmədikdə isə Zakir Əliyev qardaşı Ramin Əliyev və 2 nəfər yaxın qohumu ilə birlikdə etik qaydalara uyğun olmayan şəkildə ”Yalama” gömrük postunun rəisi Valid Nəsirovun xidməti otağına daxil olaraq zorla tələblərini reallaşdırmağa cəhd göstərib. Valid Nəsirov onlara qanunvericiliyin müddəalarını xatırladaraq yükün müşayiət sənədlərinin düzgün tərtib olunmasının vacibliyini bir daha xatırladıb. Lakin gömrük postu rəisinin otağına qanunsuz şəkildə daxil olanlar bu dəfə də onu nalayiq ifadələrlə təhqir edib və fiziki təzyiq göstərib.

Baş verən hadisə ilə əlaqədar “Yalama” gömrük postunun rəhbərliyi aidiyyatı üzrə polis şöbəsinə müraciət edib və faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə