Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan əsgərləri Gürcüstan dağlarında
Azərbaycan əsgərləri Gürcüstan dağlarında
07 Mart 2016 / 13:42 / Baxış sayı: 944
Font1 Font2 Font3 Font4
Sınağı uğurla keçən hərbçilər mükafata layiq görüləcək. NATO və tərəfdaş ölkələrin hərbçiləri Gürcüstanda dağ təlimləri keçirlər. Bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Qeyd olunur ki, NATO-nun sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində Bakurianidə qış dağ hazırlığı kursu keçirilir.

“Təlimlərdə Şimali Atlantika Alyansının 28 üzvü iştirak edir”

Polkovnik Besika Kutateladze adına  dağ hazırlığı məktəbinin təlimlərində Şimali Atlantika Alyansının (NATO) üzvləri və tərəfdaşları iştirak edirlər. Türkiyə, Litva, Latviya, Polşa, Ukrayna, Ermənistan və Azərbaycandan  olan hərbçilərə xizək sürmək və s. kimi təlimlər öyrədirlər.

Kritik vəziyyətlərin öyrənilməsi məqsədilə kurs iştirakçıları üçün idarəçilik ssenarisini qurulub. Həmin ssenariyə əsasən  insan uçqun altında qalır və digərləri də onu xilas edirlər. Onlar, hətta, gecəni  qar evində keçirməli olublar.

arxiv.bizimxeber.az

Gürcüstanda qış hərbi təlimləri

Gürcüstanda qış hərbi təlimləri

“Qış şəraitində üç min metr hündürlükdə bizim sağlamlıq vəziyyətimizi bilmək lazımdır. Latviyada Gürcüstandakı kimi belə yüksək dağların yoxdur, amma bu kurslarda öyrəndiklərim bacarıqlar mənə hərbi karyeramda mütləq lazım olacaq”, – deyə müdafiə akademiyasının sıravi əsgəri, Latviyadan olan Kristian Şaklist bildirib.

Kursun sonunda hərbçilərin hərbi ali texniki və fiziki imkanları sınaqdan keçiriləcək. Bu sınağı uğurla başa vuranlara sertifikatlar, döş nişanları veriləcək.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə