Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mehriban Əliyevadan Afaq Bəşirqızına JEST
Mehriban Əliyevadan Afaq Bəşirqızına JEST
07 Mart 2016 / 14:39 / Baxış sayı: 598
Font1 Font2 Font3 Font4

Martın 5-də Azərbaycanın Xalq Artisti Afaq Bəşirqızı Respublika Diaqnostika Mərkəzində bel fəqərə sütunundan cərrahiyyə əməliyyatı olunub. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə cərrahiyyə əməliyyatı Fondun dəstəyi ilə həyata keçirilib və Xalq Artisti Afaq Bəşirqızının səhhəti ilə bağlı məsələlər Azərbaycanın birinci xanımının himayəsinə götürülüb.

Əməliyyatdan əvvəl Xalq Artistinin səhhəti ilə bağlı geniş təhlillər aparılıb, azərbaycanlı mütəxəssislər və Türkiyədən dəvət olunmuş həkimlərin iştirakı ilə cərrahiyyə əməliyyatına qərar verilib.

Əməliyyat ərəfəsində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Respublika Diaqnostika Mərkəzində Afaq Bəşirqızı ilə görüşüb və Fondun prezidenti Mehriban Əliyevanın Xalq Artistinin sənətinə yüksək dəyər verdiyini, onun səhhəti ilə yaxından maraqlandığını və nəzarətdə saxladığını bildirib. Afaq Bəşirqızı əməliyyatdan sonra Respublika Diaqnostika Mərkəzində qısa reabilitasiya dövrü keçəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə