Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncədə möhtəşəm 8 Mart aksiyası
Gəncədə möhtəşəm 8 Mart aksiyası
07 Mart 2016 / 17:27 / Baxış sayı: 1250
Font1 Font2 Font3 Font4

Gəncədə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə aksiya təşkil olunub. Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Gəncə Musiqi Kolleci Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” könüllüllərinin iştirakı ilə… 

Kəpəz TV (Region TV) xəbər verir ki, “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” parkında baş tutan aksiyada 70-ə yaxın tələbə-gənc iştirak edib. “Hədiyyəmiz kitabdır” aksiyası çərçivəsində oğlanlar parkda istirahət edən tələbə yoldaşlarına yaxınlaşaraq, onlara kitab hədiyyə ediblər.

“Tədbirimiz 8 Mart Qadınlar Bayramı münasibətilədir. Məqsədimiz kitabı sevdirmək və gəncləri mütaliəyə cəlb etməkdir”, – deyə Gəncə Musiqi Kolleci TGT-nin sədri Nuray Rəvani bildirb. Daha sonra gənclər müxtəlif dillərdə kitab haqqında fərqli aforizmlər səsləndirərək, kitabın ən gözəl hədiyyə olduğunu nümayiş etdiriblər.

Sonda isə tələbələr yan-yana düzülərək canlı “8 MART” yazısı yaradıblar.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə