Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Oazis” restoranında dava – Polisləri döydülər…
“Oazis” restoranında dava – Polisləri döydülər…
07 Mart 2016 / 17:41 / Baxış sayı: 718
Font1 Font2 Font3 Font4

Bakının Binəqədi rayonunda, Ş.Məmmədov küçəsində yerləşən “Oazis” restoranında dava baş verib. Davanı salan şəxslər barəsində cinayət işi başlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov məlumat verib.

E.Zahidov qeyd edib ki, hadisə martın 5-də saat 23:00 radələrində “Oazis” restoranında qeydə alınıb: “Restoranın iki müştərisi – 1986-cı il təvəllüdlü, Ağdam rayon sakini və əvəllər məhkum olmuş Mehdiyev Elçin Vahid oğlu və 1986-cı il təvəllüdlü, Yevlax rayon sakini Məmmədov Elçin Əli oğlu ictimai asayişi pozublar. Ərazidə xidmət aparan polis əməkdaşları həmin əraziyə gəliblər. Polislər həmin şəxsləri sakitləşdirməyə çalışıblar və öz əməllərini dayandırmağa tələb ediblər. Elçin Mehdiyev və Elçin Məmmədov polisə qarşı müqavimət göstəriblər.

Buna baxmayaraq, hər iki şəxs polis əməkdaşları tərəfindən zərərsizləşdirilib və onlar Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib. Daha sonra onların dostları – Bakı şəhər sakini Nicat Məmmədov şöbəyə gəlib. Həmin şəxs də polisə müqavimət göstərərkən saxlanılıb. Hər üç şəxs sərxoş vəziyyətdə olublar.

Onların narkotik istifadəçiləri olduğu da aşkarlanıb. Belə ki, həmin şəxslərin üzərində baxış aparılarkən tiryək və heroin aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 234-cü (narkotik) cinayət işi başlanılıb, araşdırılma aparılır”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə