Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kvemo Kartli qubernatoru bayraqla bağlı insidentə görə Azərbaycandan üzr istəyib
Kvemo Kartli qubernatoru bayraqla bağlı insidentə görə Azərbaycandan üzr istəyib
07 Mart 2016 / 18:32 / Baxış sayı: 1190
Font1 Font2 Font3 Font4

Kvemo Kartli qubernatoru Paata Xizanaşvili martın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Kvemo Kartlinin qubernator administrasiyası arasında bağlanmış əməkdaşlıq memorandumu zamanı Azərbaycan bayrağının masanın üzərinə qoyulması protokolunun pozulmasına görə üzr istəyib. “Report” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevə göndərilmiş məktubda bildirilir.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstanda həyata keçirdiyi bütün irihəcmli layihələri yüksək qiymətləndiririk və əminik ki, ölkələrimiz arasındakı əməkdaşlıq genişlənəcək və dərinləşəcək”, – deyə P.Xizanaşvilinin məktubunda deyilir. Qubernator, həmçinin bu təsadüfi səhvin Azərbaycan və Gürcüstan xalqları arasında çoxillik qardaşlıq münasibətlərinə kölgə salmayacağına ümid etdiklərini də bildirib. P.Xizanaşvili səhvə yol vermiş əməkdaşların artıq müvafiq cəza aldıqlarını da qeyd edib.

Qeyd edək ki, memorandumun imzalanması zamanı Azərbaycan bayrağı tərsinə qoyulub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə