Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəncədə 8 Mart – Beynəlxalq Qadınlar Bayramı təntənə ilə qeyd edilib
Gəncədə 8 Mart – Beynəlxalq Qadınlar Bayramı təntənə ilə qeyd edilib
07 Mart 2016 / 19:23 / Baxış sayı: 1462
Font1 Font2 Font3 Font4

Tariximizin neçə-neçə şanlı səhifəsi qadınlarımızın adı ilə bağlıdır. Xalqımızın təfəkküründə ana adı həmişə Vətənlə yan-yana çəkilib. Azərbaycan qadını ölkəmizin icimai-siyasi, iqtisadı və mədəni həyatında fəal iştirak etməklə taleyüklü məsələlərin həllinə sanballı töhfələr verib. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq adı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin aparıcı qüvvəsi kimi hörmətlə çəkilib.

Bu sözləri martın 7-də Gəncə Dövlət Dram Teatrının binasında 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən ümumşəhər tədbirində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyib. Müstəqil Azərbaycanın inkişafında əvəzsiz xidmətlər göstərən Azərbaycan qadınlarının əməyindən danışan Elmar Vəliyev daha sonra diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev qadınların bu xidmətlərini yüksək dəyərləndirərək onları cəmiyyətin əsas qüvvəsi hesab edirdi. Ulu Öndər 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur”.

Bu gün ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanından irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə və məsuliyyətlə çalışırlar. Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də xaricdə öz işi və fəaliyyəti ilə Azərbaycan xanımlarını yüksək səviyyədə təmsil edir.

Sonra AMEA-nın Gəncə bölməsinin akademik katibi, akademik Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbayca Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək qadınları əziz bayramları münasibətilə təbrik edib, onlara işlərində və şəxsi həyatlarında uğurlar arzuladılar.

Sonra Gəncənin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu. Tədbirin rəsmi hissəsindən sonra Göygöl dövlət mahnı və rəqs ansamblının qadınlara həsr olunmuş maraqlı repertuarla çıxışları oldu.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə