Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təzə Bazar”ın sahibini və ailəsini ölümlə hədələdilər
Təzə Bazar”ın sahibini və ailəsini ölümlə hədələdilər
09 Mart 2016 / 0:53 / Baxış sayı: 1430
Font1 Font2 Font3 Font4

“Təzə Bazar” MMC-nin sahibi, iş adamı Məmmədağa İbrahimov ölümlə hədələnib.

Musavat.com xəbər verir ki, ölümlə hədələnən iş adamı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək, bu barədə məlumat verib. 1957-ci il təvəllüdlü iş adamı müraciətində bildirib ki, naməlum şəxs gizli nömrə ilə mobil telefonuna zəng edərək, onu və ailəsini ölümlə hədələyib.

İş adamının kim tərəfindən hədələndiyi araşdırılır.

Xatırladaq ki, bazar sahibi bir neçə dəfə ölkə mətbuatının gündəminə qalmaqallarla gəlib. Uzun zamandır “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyevlə iş adamı arasında mülk davası var. Belə ki, “Təzə Bazar” MMC-yə hər iki iş adamı şərik olub. Və bazar uğrunda tərəflər arasında dəfələrlə dava baş verib. Hətta bu davalar kütləvi hal da alıb. Bazarda bir neçə dəfə baş verən kütləvi davalara polis əməkdaşları müdaxilə etməli olublar.

M.İbrahimov mətbuata açıqlamasında V.Şıxəliyevin bir neçə adamı ilə onu ofisində döydüyünü və hədə-qorxu gəldiyini də bildirib.

Onu da əlavə edək ki, M.İbrahimov V.Şıxəliyevdən Daxili İşlər Nazirliyinə də şikayət etmişdi.

Qeyd edək ki, Vaqif Şıxəliyev 1993-cü ildə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 1995-ci ilin avqust ayında mərhum prezident Heydər Əliyev tərəfindən bu postdan kənarlaşdırılıb. Hazırda bizneslə məşğuldur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə