Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağdaşda 11 gün əvvəl itkin düşən kişinin meyiti tapıldı
Ağdaşda 11 gün əvvəl itkin düşən kişinin meyiti tapıldı
09 Mart 2016 / 10:39 / Baxış sayı: 714
Font1 Font2 Font3 Font4

Ağdaş rayonunda meşədən kişi meyiti tapılıb. Rayonun Pirəzə kənd sakini, 1976-cı il təvəllüdlü Əliyev Xəlifə Əliyar oğlunun 11 gün əvvəl itkin düşməsi barədə Ağdaş Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub. 

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti martın 8-də axşam saatlarında Kür çayının sahil zolağında yerləşən meşə massivindən tapılıb. X. Əliyevin cəsədi ağacdan iplə asılmış vəziyyətdə tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib. Cəsəd müayinə olunmaq üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə