Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Səlim Müslümov görsün… Göyçay ƏSMM-nin müdiri əlil arabasını 1000 manata satıb…
Səlim Müslümov görsün… Göyçay ƏSMM-nin müdiri əlil arabasını 1000 manata satıb…
09 Mart 2016 / 11:04 / Baxış sayı: 402
Font1 Font2 Font3 Font4

Göyçay rayon sakini Ağarəhimov Xanəhməd Xəlil oğlu tərəfindən redaksiyaya şikayət məktubu göndərilib. Məktubda Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Aqşin Qafurovla Mallışıxlı kənd bələdiyyəsinin sədri Eldar Məhərrəmovun qanunsuz əməllərindən, vətəndaşa qarşı edilən haqsızlıq və süni əngəllərdən bəhs olunur. 

Vətəndaş qeyd edir ki, yuxarıda adları çəkilən şəxslər onun yoxsul ailəsini acınacaqlı vəziyyətdə yaşamağa məhkum edib.

arxiv.bizimxeber.az-a daxil olan şikayət məktubunu olduğu kimi təqdim edirik… 

“1998-ci ildə doğöulmuş qızım Səidə anadan gəlmə beyin iflici xəstəsi olduğu üçün əlildir, yataq xəstəsidir. Buna görə ona hər ay 72 manat  təqaüd verilir. Bütün müalicəsini öz maddi vəsaitimiz hesabına etdiririk. Bunun üçün ailəmizə verilmiş pay torpaq sahəsini satıb qızıma Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Aqşin Qafurovdan 1000 manata əlil arabası aldıq və qalan pulu isə müalicəsinə xərclədik. Hansı ki, əlil arabası pulsuz verilməlidir. Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Aqşin Qafurov əlillərin və yoxsul ailələrin yardımını talamaqla məşğuldur.

Qəbulda  olub xahiş etdikdən sonra  Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayevin mənə əkmək üçün torpaq sahəsi icarəyə verilməsi üçün Mallışıxlı  bələdiyyəsinin sədri Eldar Məhərrəmova tapşırıq verdi.Bələdiyyə sədri isə mənə 1,5 ha torpaq sahəsi icarəyə verilməsinə dair arayş tərtib edib mənə verdi.Sonradan bildim ki, mənə heç bir torpaq sahəsi icarəyə verilməyib arayış saxtadır.Bunu bələdiyyə sədri Eldar Məhərrəmovdan soruşduqda bildirdi ki,sən ünvanlı sosial yardım almaq istəyirsən buna görə guya sənin əkin torpaq sahən var və əkirsən ancaq gəlirin azdır deyə sənə yardım verilməlidir .

Bu saxta arayışıda Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etmək üçün vermişəm. Biz belə arayışları ünvanlı sosial yardım alanlara veririk ki, Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etsinlər, belə arayışlar çox adama vermişik.Ancaq çox təssüf olsun ki, Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Aqşin Qafurov sosial yardım təyin edilməsi üçün pul tələb edir. Mənim kimi əvvəlcədən pul verməyə və ya 8-10 aylıq yardımın alınması üçün kartı onlara verilməsinə razı olmayanların işi həll olunmur.Uzun illərdi Aqşin Qafurov talançılıqla məşğuldur.

Onun qardaşı Arzu Qafurovda 2005-2009-cu illərdə Ucar rayon icra başçısı vəzifəsində talançılıqla məşğul olmuşdur. Belə əməllərinə görə vəzifədən kənarlaşdırılmışdır.İndi isə qardaşı Aqşın Qafurov əlillərə yoxsullara qan uddurur. Mən bu saxtakar məmurların korrupsiya əməlləri barədə orqanlara şikayətlər etmişəm.Mətbuat vasitəsi ilə də müraciət edib xahiş edirəm belə saxta əməllərlə  vətəndaşları aldadıb. Dövlət əmlakını vəsaitini talayan Aqşin Qafurovun və bələdiyyə sədri Eldar Məhərrəmovun barəsində qanunu tədbirlər görəsiniz.

Qeyd edim ki, Mallışıxlı və Ərəbşahverdi bələdiyyəsinin sədri Eldar Məhərrəmov  88 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasının sədri Nizam Məhərrəmovun qardaşıdır.Bütün Göyçay rayon sakinləri Arzu Qafurovun qnunsuz əməllərindən beziblər, inanırıq ki, prezident İlham Əliyev cənabları onun barəsində ciddi tədbir görəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə