Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakının «QUMAR KRALLARI»-3: DEPUTAT OĞLU KİMDİR?
Bakının «QUMAR KRALLARI»-3: DEPUTAT OĞLU KİMDİR?
09 Mart 2016 / 11:12 / Baxış sayı: 1230
Font1 Font2 Font3 Font4

DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Fərid Mirələmovun adı ortalıqda dolaşır

Artıq bir neçə müddətdir JAM.AZ Bakıda fəaliyyət göstərən qumarxanalarla bağlı geniş araşdırmaları oxucularına təqdim etməkdədir. İndiyə qədər üzə çıxarılan «Qumar Karalları» sırasında ictimai-siyasi xaidmdən tutmuş, kriminal aləmlə bağlantıları olan şəxslərə qədər bir çoxlarının adı hallanıb.

Son günlər isə tanınmış hüquqşünas Aslan İsmayılov maraqlı bir məqama toxunaraq, işin əhatə dairəsini böyüdən açıqlama ilə çıxış edib. JAM.AZ xəbər verir ki, İsmayılov açıqlamasında qumar biznesinin arxasında DİN-in Baş İdarələrindən birinin əməkdaşının dayandığını vurğulayıb. Lakin o, həmin şəxsin adını açıqlamaqdan imtina edib. Və bunu həyatı üçün təhlükə yarana biləcəyi ilə əsaslandırıb.

JAM.AZ-ın məsələ ilə bağlı apardığı araşdırma zamanı bəlli olub ki, Bakıda böyük qumarxana şəbəkəsinə malik olan əsas fiqurlardan biri Arzuman Muradlıdır. Bu şəxsin YAP-ın Səbayel rayon təşkilatının İdarə Heyətinin üzvü olduğu qeyd edilir. Bildirilir ki, Muradlının siyasi karyera qazanmasının səbəbkarı deputat Hüseynbala Mirələmov olub. Əslən Lerik rayonundan olan hər iki şəxsin əlaqələri isə elə partiyadan yaranıb.

Arzuman Muradlının qumar biznesinə haradan qoşulduğu hələlik məlum deyil. Güman etmək olar ki, onda bu sahədə böyük gəlirlərin olduğuna dair bilgilər olub və şansını sınamaq istəyib. Təbii ki, bu sınamaq işi ona yarayıb və qısa müddətdə paytaxtda 9 kazinonun açılmasına qədər uğur qazandırıb.

Qeyd edək ki, Muradlı Bakının mərkəzinə daha çox üstünlük verir. Elə bu səbəbdəndir ki, onun 28 May metrosu yaxınlığında «Bakı» restoranında, «Torqovı»da «Buta» restoranı, habelə Şamaxinkada «Real Klub»u işlətməsi məhz araşdırmalarının nəticəsidir. Bu həm də həmin şəxsin arxasında duran adamın istəyinə bağlı olan məsələ kimi diqqəti çəkir. Rahil adlı şərikiylə birlikdə hərəkət edən sözügedən şəxsin böyük imkanlara sahib olduğu da vurğulanır.

Amma Arzuman Muradlını himayə edən şəxs təkcə onunla deyil, həmçinin digərləriylə də çalışır. Bəzi hallarda isə bu işləri iki ayrı adamın şərikliyi üzərində qurur. Məsələn, qumar biznesində ad çıxarmış «Yeraz» ləqəbli Mehmanla Arzuman Muradlının bir neçə şərikli obyekti var. Onlardan biri də Bakıxanov qəsəbəsində yerləşir. Bütöv binanı icarəyə götürmüş şəriklər onun ikinci mərtəbəsini lotoxana, üçüncü mərtəbəsini isə kazino kimi istifadə edirlər.

«Yeraz» Mehman qumar biznesində çoxdan bəri mövcud olan şəxslərdəndir. Onun geniş əlaqələri, böyük maddi imkanları və əhatə dairəsi var. Məhz bunun sayəsində o, Bakının mərkəz hissəsindən tutmuş, Əhmədliyə qədər böyük bir ərazidə qumarxanalar yarada bilib. Son günlər onun şəhərin ucqar yerlərində bir neçə qumarxana açdığı da qeyd edilir. Sonuncu belə məkan kimi isə Yeni Günəşlidəki «Berkut» Çay Evi göstərilir. Bu çay evini açan Mehman o qədər irəli gedib ki, xüsusi vizit-kartlar buraxdıraraq, onları şəhərdə paylaşdırır. Hətta onun üzərində açıq-aşkar hamını loto oynamağa çağırılması da qeyd olunub.

İndi isə keçən əsas məsələyə. JAM.AZ xəbər verir ki, qumar biznesi məsələsinə adı qarışanlar arasında deputat oğlu da var. Bununla bağlı aparılan araşdırmalar zamanı məlum olan o olub ki, həmin şəxs hazırda polisdə çalışır. Bir dəfə tutduğu vəzifədən azad edilsə də, atasının sayəsində yenidən Daxili İşlər Orqanlarına işə düzələ bilib.

Araşdırmalar zamanı belə məlum olub ki, həmin deputat oğlu Fərid Mirələmovdur. Deputat Hüseynbala Mirələmovun oğlunun adı 2012-ci ildə qalmaqallı bir hadisəyə qarışmışdı. Belə ki, o, əmisi oğlu Rəşad Mirələmovla birlikdə «Min Bir Gecə» restoranında çörək yeyən zaman «razborka»ya qarışmalı olub. Həmin vaxt Rəşad Mirələmov restoranda adam güllələmişdi. O zaman Xəzər rayon Polis Şöbəsinin 3-cü Polis Bölməsinin rəisi olan, polkovnik-leytenant Fərid Mirələmov da hadisə yerində olduğuna görə cəzalandırılmışdı. Nazirin əmriylə işdən azad edilən Mirələmov, sonradan yenidən vəzifəyə təyinat alıb.

JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, sözügedən şəxs DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Hazırda da həmin vəzifəsində çalışır.

Düzdür, bu şəxsin Aslan İsmayılovun dediyi şəxsin olub, olmadığı hələlik bizə məlum deyil. Amma bəzi parametlər üzrə, xüsusən də gələn xəbərlərin təhlili güman etməyə əsas verir ki, Fərid Mirələmov hüquqşünasın dediyi şəxs ola bilər. Çünki informasiyalarda deputat oğlunun «Tri Karona» binalarının yaxınlığında fəaliyyət göstərən, qumarxana kimi ad çıxarmış «Park Klub»un yerləşdiyi binanın altındakı zirzəmiyə gəlib-getdiyi iddia edilir. İddialara görə, hətta Mirələmov Arzuman Muradlı və «Yeraz» Mehmana yeni qumarxanalar qurmaları üçün maliyyə yardımları da göstərib. Amma bu məlumatlar iddia və gümanlardan başqa bir şey deyil. Daha əsaslı araşdırma aparmaq üçün bir qədər zamana gərək var.

Son olaraq vurğulayaq ki, JAM.AZ olaraq Fərid Mirələmovun Bakıda qeyri-qanuni fəaliyyət göstərən qumarxanaları himayə edən şəxs kimi təqdim etmək niyyətindən çox uzaqıq. Onun adının bu işlərdə hallanmasının səbəbinə gəldikdə isə bildirək ki, bu artıq cameədə geniş yayılmış informasiyalardandır. Yəni, artıq istər mətbuatda, istərsə də qumar biznesi ilə məşğul olanlar arasında deputat oğlunun adı çox hallanır. Bu adın qəsdən çəkildiyi və ya onun adından sui-istifadə edildiyini demək də çətindir. Hər halda Fərid Mirələmovun adının qumar biznesində hallanması yaxşı hal deyil. Əgər belə bir əlaqə yoxdursa, onun adını çəkib, bədnam edənlərlə hüquqi müstəvidə mübarizə aparması mütləq lazımdır.

Araşdırmamız davam edir. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

P.S. Bu əsnada bildirək ki, Aslan İsmayılovun açıqlaması və JAM.AZ-ın araşdırma yazılarından sonra Bakıda fəaliyyət göstərən 60-dan artıq lotoxana fəaliyyətini dayandırıb. Əldə etdiyimiz məlumata görə, onların bundan sonra fəaliyyət göstərməyəcəyi barədə sahiblərinə xəbərdarlıq edilib. Lakin buna paralel olaraq, qumar biznesində olan əsas fiqurlara başqa bir şans tanınıb. Belə ki, Arzuman Muradlı, «Yeraz» Mehman, «Qara Vəzir», habelə Sənan və Sülemana paytaxtda toplam 10 kazino açmaq ixtiyarı verilib.

P.P.S. Növbəti yazımızda Bakının ən məşhur qumar kralı kimi tanınan «Qara Vəzir»lə bağlı araşdırmamızla tanış ola biləcəksiz. Bu şəxsin hansı məmurla 700 min manatlıq problemi olduğuna dair məlumat almaq imkanınız olacaq. Bizi izləyin…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə