Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İradə İsaq ATV-dən getdi
İradə İsaq ATV-dən getdi
09 Mart 2016 / 11:35 / Baxış sayı: 1050
Font1 Font2 Font3 Font4

Telejurnalist İradə İsaq ATV-dən ayrılıb. “Sönməyən ulduzlar”, “Düz üzünə”, “Səbəbkar” kimi reytinqli layihələrin müəllifi və aparıcısı bundan sonra ANS televiziyasında çalışacaq. İ.İsağın hazırladığı yeni veriliş həftənin 5 günü canlı olaraq yayımlanacaq.

Qeyd edək ki, İradə İsaq ATV ilə əməkdaşlıq etməzdən əvvəl ANS TV-də çalışıb. Həmin vaxt onun aparıcısı olduğu “Ölümdən 24 saat əvvəl” və “Xəbərin izində İradə İsaqla” layihələri qısa müddət ərzində böyük populyarlıq qazanmışdı.

Telejurnalist ATV-ni tərk etməsinə kanal rəhbərliyi ilə aralarında yaşanmış münaqişənin səbəb olması ilə bağlı deyilənlərə də münasibət bildirib. O, Lent.az-a açıqlamasında bunu şayiə adlandırıb. İradə İsaq ANS telekanalından daha maraqlı təkliflər aldığını və bu təklifi dəyərləndirmək istədiyi üçün ATV-dən ayrıldığını söyləyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə