Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ermənilər qoyun-quzuda da təhlükə görürlər”
“Ermənilər qoyun-quzuda da təhlükə görürlər”
09 Mart 2016 / 13:26 / Baxış sayı: 888
Font1 Font2 Font3 Font4

Ermənilər Azərbaycanın cəbhədə diversiyaya cəhd etdiyini iddia ediblər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfinin növbəti yalanını ifşa edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən guya kəşfiyyat-təxribat əməliyyatı keçirilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və cəbhə xəttindəki vəziyyəti düzgün əks etdirmir.

“Ermənistan tərəfi bu kimi xəbərləri yaymaqla son günlər cəbhədəki ağır uğursuzluqları və verdikləri çoxsaylı itkilərini gizlətməyə cəhd göstərir. Düşmən o qədər qorxu içindədir ki, hətta dinc sakinlər və qoyun-quzu sürülərində də özlərinə qarşı təhlükə görürlər”.

Namzirlikdən bildirilib ki, cəbhədə əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır. Bu gün Ermənistan kütləvi informasiya vasitələrində Erminstan Silahlı Qüvvələrinin Azərbaycan tərəfinin növbəti təxribatının qarşısının alındığına dair məlumatlar yer alıb.

Qondarma Dağlıq Qarabağ Respublikasının (QDQR) Müdafiə Nazirliyinin mətbuat xidmətinın məlumatına görə, martın 8-də saat 23:20 radələrində Azərbaycan Silahlı Qüvvələri cənub-şərq istiqamətindən daxil olaraq diversiyaya cəhd göstəriblər. Erməni mətbuatı atışma zamanı itkilərinin olmadığı qeyd edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə