Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ölkənin neft hasilatı ilə bağlı proqnoz dəyişdirildi
Ölkənin neft hasilatı ilə bağlı proqnoz dəyişdirildi
09 Mart 2016 / 14:24 / Baxış sayı: 1352
Font1 Font2 Font3 Font4

2016-cı ildə Azərbaycanda neft hasilatı sutkada 0,81 mln. barrel təşkil edəcək. “APA-Economics” xəbər verir ki, bu ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyası üzrə İdarəsinin (EIA) mart ayı üzrə hesabatında deyilir. Hesabatda qeyd edilib ki, 2017-ci ildə Azərbaycanda neft hasilatı sutkada 0,8 mln. barrel səviyyəsində olacaq.

2015-ci ildə Azərbaycan sutkada 0,86 mln. barrel neft hasil edib. Xatırladaq ki, bundan öncə EIA 2016-cı ildə Azərbaycanda neft hasilatının sutkada 0,87 mln. barrel təşkil edəcəyini proqnozlaşdırıb. İdarənin 2017-ci il üzrə proqnozunda isə qeyd edilib ki, Azərbaycanda neft hasilatı sutkada 0,86 mln. barrel təşkil edəcək.

Hesabat müəllifləri qeyd edir ki, I və II rübdə Azərbaycan sutkada 0,8 mln. barrel, III rübdə 0,81 mln. barrel, IV rübdə isə 0,84 mln. barrel neft hasil edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə