Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rauf Mirqədirovun anası prezidentə MÜRACİƏT ETDİ
Rauf Mirqədirovun anası prezidentə MÜRACİƏT ETDİ
09 Mart 2016 / 15:53 / Baxış sayı: 1010
Font1 Font2 Font3 Font4

Həbsdə olan jurnalist Rauf Mirqədirovun ailəsi tərəfindən prezidentə müraciət edilib. Bu barədə Lent.az-a jurnalistin anası  Rəfiqə İsayeva  məlumat verib. R.İsayeva 2 gün bundan qabaq özü və ailəsi adından ölkə başçısı İlham Əliyevə teleqram vurub: “Prezidentimiz cənab İlham Əliyevə yazdım ki, məni qəbul etsinlər, dərdimi dinləsinlər. İlk başda prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan, ictimaiyyətdən xahiş edirəm ki, Novruz Bayramı ilə bağlı veriləcək əfv sərəncamına oğlum Raufun da adını salsınlar”.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.

Ekspertlərin fikrincə isə, eyni cinayət işi ilə əlaqədar həbs edilən Leyla və Arif Yunusun azadlığa buraxılmasından sonra Rauf Miqədirovun da tezliklə bağışlanacağı gözlənilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə