Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ədəbiyyat müəllimi özünü öldürdü
Ədəbiyyat müəllimi özünü öldürdü
09 Mart 2016 / 18:30 / Baxış sayı: 1154
Font1 Font2 Font3 Font4

Onun psixoloji səbəblərə görə intihar etdiyi ehtimal edilir. Zərdab rayonunda intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, rayonun Məlikli kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü  Yaşar Müzlü oğlu Həsənov özünü yaşadığı evin həyətindəki tövlədə asaraq intihar edib.

Məlikli kənd sakininin bildirdiyinə görə, mərhum əvvəllər Sarıqaya kənd məktəbində rus dili müəllimi işləyib: “Daha sonra o, ixtisasını ədəbiyyat müəllimliyinə dəyişdi. Ancaq 6 il idi ki, işləmirdi.Məktəbdən səhhətinə görə çıxmışdı. Daha sonra onun səhhətindəki problemlər daha da dərinləşdi və onun psixoloji problemləri yarandı. Son vaxtlar isə psixologiyası təmiz pozulmuşdu. Onun bu səbəbdən intihar etdiyi ehtimal edilir”.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Zərdab rayonunda sonuncu intihar 5 gün əvvəl qeydə alınıb. Şəhərin Mehdi Hüseyn küçəsində yaşayan 1997-ci il təvəllüdlü Sərxan Asif oğlu Yuniszadə özünü yaşadığı evin həyətindəki tikilidən asıb19 yaşlı gəncin hansı səbəbdən canına qəsd etdiyi hələlik məlum  deyil.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə