Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

iPhone əldə etmək üçün əla fürsət 
iPhone əldə etmək üçün əla fürsət 
09 Mart 2016 / 18:33 / Baxış sayı: 1018
Font1 Font2 Font3 Font4

Azercell Telekom Novruz bayramı ərəfəsində abunəçiləri üçün yeni kampaniyaya başlayıb. 7 mart  tarixindən etibarən fiziki statusa malik olan bütün fakturalı xətt abunəçiləri xüsusi “Bahar” kampaniyasından yararlana biləcəklər. Kampaniya çərçivəsində bütün mövcud və Azercell şəbəkəsinə MND ilə keçən fakturalı xətt abunəçiləri, Azercell diler şəbəkələrindən və Azercell Ekspress Ofislərindən güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet”  tariflərinə qoşulub  iPhone 6s (16 GB) və iPhone 6s (64 GB) əldə edə bilərlər. Abunəçi kampaniyaya çərçivəsində iPhone 6s (16 GB) və iPhone 6s (64 GB) telefonları əldə etdikdə, 12/24 faktura dövrü ərzində müvafiq olaraq aylıq abunə haqqı odəməli olacaq.

Tarif paketinin adı iPhone 6s 16GB ilə bağlı 12 Faktura dövrü ərzində ödənilən cihaz haqqı (ƏDV daxil) iPhone 6s 64GBilə bağlı 12 Faktura dövrü ərzində ödənilən cıhaz haqqı (ƏDV daxil)
Hedsiz 179 AZN 199 AZN
Hedsiz Zəng 159 AZN 179 AZN
Hedsiz İnternet 149 AZN 169 AZN
  iPhone 6s 16GB ilə bağlı 24 Faktura dövrü ərzində ödənilən cıhaz haqqı (ƏDV daxil) iPhone 6s 64GB ilə bağlı 24 Faktura dövrü ərzində ödənilən cıhaz  haqqı (ƏDV daxil)
Hedsiz 119 AZN 129 AZN
Hedsiz Zəng 99 AZN 109 AZN
Hedsiz İnternet 89 AZN 99 AZN

Nəzərinizə çatdıraq ki, kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz”, “Hədsiz Zəng” və  “Hədsiz İnternet”  tarif paketləri növbəti gündən aktivləşdirilir. “Hədsiz Zəng” tarif  paketinə qoşulan abunəçilərə bu kampaniyaya qoşulma müqabilində ilk 2 faktura dövrü ərzində 1GB aylıq internet paketi müştəri tərəfindən sifariş etdikdə 2 dəfə pulsuz təqdim olunacaq.

Onu da qeyd edək ki, bu tariflərə qoşulmaqla abunəçilər paket daxilində xüsusi bonus və endirimlər alırlar.  Abunəçi kampaniyaya  yalnız öz nömrəsi ilə qoşula bilər.  Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Abunəçilər kampaniyadan yararlanmaq üçün istənilən AZEX/MX ofislərinə müraciət edə bilər. Azercell bu bahar 4,5 milyonluq abunəçi ailəsini yeni kampaniyalar və xidmətlər ilə sevindirməkdə davam edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə