Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əhalini aldadan vəzifəli şəxslərə cinayət işi açıldı
Əhalini aldadan vəzifəli şəxslərə cinayət işi açıldı
09 Mart 2016 / 18:50 / Baxış sayı: 1208
Font1 Font2 Font3 Font4

Baş Prokurorluq cinayət işi ilə bağlı məlumat yaydı. “Alafarah LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bir sıra yuyucu maddələrin saxta istehsalına dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən arxiv.bizimxeber.az-a  verilən məlumata görə, araşdırmalar zamanı Cəmiyyətin vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özləri və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə insan sağlamlığı üçün ziyanlı maddələrdən istifadə olunmaqla mövcud standartların tələblərinə uyğun gəlməyən ölçüdə və çəkidə, habelə xarici ölkələrdə istehsal edilməsi adı ilə saxta qablaşdırılmış “BOÇ”, “Blanco”, “Formil”, “W5”, “AFAMİA” və “Bleacher” kimi yuyucu maddələri istehsal etməklə istehsalçılara xeyli miqdarda ziyan vurmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluğun binası


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə