Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Alimlərin maksimal aylıq əməkhaqqı 795 manat oldu
Alimlərin maksimal aylıq əməkhaqqı 795 manat oldu
10 Mart 2016 / 10:15 / Baxış sayı: 824
Font1 Font2 Font3 Font4

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərar verib.

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları yeni Vahid Tarif Cədvəli ilə tənzimlənəcək.

Bununla əlaqədar, Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli qərarı ləğv edilib. Yeni qərar 2016-cı il 1 fevral tarixindən qüvvəyə minib.

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinə əsasən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 dərəcələr üzrə müvafiq olaraq 116 , 121, 126, 132, 138, 144, 151, 158,  165, 172, 179, 187, 196, 201, 228, 267, 360, 486, 750 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.

AMEA, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinə əsasən isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 dərəcələr üzrə müvafiq olaraq 145, 152, 159, 166, 173, 180, 188, 196, 206, 218, 230, 242, 254, 278, 304, 352, 450, 576, 795 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə