Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

V Qlobal Bakı Forumu başlayır
V Qlobal Bakı Forumu başlayır
10 Mart 2016 / 10:18 / Baxış sayı: 772
Font1 Font2 Font3 Font4

Forumda 53 ölkədən 300-dən çox nümayəndənin iştirakı gözlənilir.

Bu gün Bakıda Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi,Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə İnterAaction Council, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində IV Qlobal Bakı Forumu başlayır. Forum iki gün davam edəcək. 

Martın 10-11-də keçiriləcək IV Qlobal Bakı Forumunda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Gürcüstan prezidentləri iştirak edəcəklər. Bundan başqa, tədbirdə 27 sabiq prezident və 23 keçmiş baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndənin iştirakı gözlənilir.

Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində keçiriləcək.

“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunacaq. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.

Bu, forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən dördüncü toplantıdır. İlk Forum (Cənubi Qafqaz Forumu) 2013-cü ilin mayın 5-8-də 29 ölkədən 142 nümayəndənin iştirakı ilə “Müştərək cəmiyyətlər və qadın azadlıqları” mövzusunda təşkil olunub.

İkinci Forum (Açıq Cəmiyyətlər Forumu) 2014-cü il aprelin 27-29-da “Post 2015 gündəliyi və müştərək cəmiyyətlər” mövzusunda keçirilib. İkinci Forumda 42 ölkədən 165 nümayəndə iştirak edib.

2015-ci il aprelin 28-29-da keçirilmiş III Qlobal Bakı Forumunun mövzusu isə “Yeni dünya düzənində etimadın bərpa edilməsi” olub və Foruma dünyanın 72 ölkəsindən 350-dən çox nümayəndə qatılıb. Hər üç forumda Prezident İlham Əliyev iştirak edib və nitq söyləyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə