Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sərdar Həmidovun evini yardılar
Sərdar Həmidovun evini yardılar
10 Mart 2016 / 10:20 / Baxış sayı: 1276
Font1 Font2 Font3 Font4

Bir neçə gün öncə dünyasını dəyişmiş Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidovun Tərtərdəki evi soyulub. Bu barədə onun oğlu Şəhriyar Məcidzadə məlumat verib:  “Az əvvəl yazdığım statusun sərt olduğuna görə xətrini istədiyim dostum yazıb. Artıq neçə saatdır bu barədə düşünürəm.

Tərtərdəyəm. evimizdən oğurluq olub. Kimlərsə evimizə girib və evimizi yağmalayıb, yağmalatdırıb. Olduqca gərgin və qəzəbliyəm! Ən qısa zamanda Bakıya gəlib daxili işlər nazirinə və digər qurumlara müraciət ünvanlayacam. Burdan üzümü Azərbaycanın dövlətinə, hüquq mühafizə orqanlarına tuturam. Burdan üzümü bütün media mənsublarına, ziyalılara tutub bildirirəm ki, biz sizin dəstəyinizi gözləyirik. Sərdar Həmidovun təmas xəttinin yaxınlığında yerləşən evindən oğurluq edirlər bu sadə məsələ deyil! Həm də belə bir ərəfədə!

Demək ki, nəbz yoxlayırlar. Kim nəbz yoxlayırsa qanunun ən sərt üzüylə cəzalandırılmalıdır! Sabah ətraflı şəkildə oğurlanan əşyalar və təfərrüatı barədə məlumat yayacam”. Şəhriyar Məcidzadə qeyd edib ki, axşam olduğu üçün çəkiliş edə bilməyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə