Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Əfv üçün 400 məhbus müraciət edib”
“Əfv üçün 400 məhbus müraciət edib”
10 Mart 2016 / 11:13 / Baxış sayı: 732
Font1 Font2 Font3 Font4

“Novruz bayramı ilə əlaqadar Əfv Komissiyasına 400-dən çox məhbusun müraciəti daxil olub”. Bu barədə AzNews.az-a Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.

Bildirib ki, Komissiyanın 4-cü iclasında daxil olan müraciətlərə baxılıb: “Bu, Əfv Komissiyasının 4-cü iclası idi. Daxil olan müraciətlər müzakirə olundu, tövsiyyə xarakterli qərarlar qəbul olundu. Bunlar bütövlükdə prezidentə təqdim olunacaq. Kimlərin əfv olunmasını ancaq prezident müəyyənləşdirə bilər. Çünki əfv etmək onun səlahiyyətindədir”.

Ə.Nuriyev qeyd edib ki, Əfv Komissiyası hər bir müraciəti araşdırır: “Biz orada konkret olaraq hansısa siyahıya deyil, bütövlükdə daxil olan müraciətlərə baxırıq. Əfv üçün müraciət edənlərin adlarını açıqlamaq doğru deyil”.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti əfv sərəncamı imzalayacağı gözlənilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə