Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev: “Enerji siyasi vasitə kimi istifadə edilməli deyil”
İlham Əliyev: “Enerji siyasi vasitə kimi istifadə edilməli deyil”
10 Mart 2016 / 11:25 / Baxış sayı: 786
Font1 Font2 Font3 Font4

“Cənub Qaz Dəhlizi XXI əsrin nəhəng layihəsidir. Biz ölkə və şirkətlərdən komanda formalaşdırmışıq, Məşvərət Şurası bu layihənin həyata keçirilməsi üçün vacibdir”. Bunu bu gün IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı deyib ki, bu layihə Bakıdan İtaliyaya qədər uzanacaq: “Fevralın 29-da 11 ölkə, o cümlədən Avropa İttifaqının imza atdığı sənəddə Azərbaycan bu strateji layihəni həyata keçirən əsas ölkə kimi qeyd edildi. Xorvatiya və Monteneqronun da bu layihəyə, komandaya qoşulacağına inanıram. Bu, enerjinin şaxələndirilməsi, azad rəqabət layihəsidir. Əsas məqsədimiz bunu kommersiya layihəsi kimi həyata keçirməkdir. Enerji siyasi vasitə kimi istifadə edilməli deyil. Siyasi alətlər biznes sahəsinə müdaxilə etməməlidir. Neftin qiyməti uzun müddət aşağı səviyyədə qalmayacaq. Avropada təbii qaza ehtiyac artacaq. Biz lazım olmayan rəqabətdən qurtulmalıyıq. Enerji və siyasətə ayrılıqda baxmalıyıq ki, uğur qazanaq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə