Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ağstafanın icra başçısı otağını boşaltmağa başlayıb
Ağstafanın icra başçısı otağını boşaltmağa başlayıb
10 Mart 2016 / 11:31 / Baxış sayı: 252
Font1 Font2 Font3 Font4

Məhərrəm Quliyevin bu həftə içində sərəncamı veriləcək

Ağstafanın icra başçısı Məhərrəm Quliyev dünəndən etibarən iş otağını boşaltmağa başlayıb. Politika.Az-a verilən məlumata görə, icra başçısının belə bir addım atmasına səbəb onunla Prezident Admnistrasiyasında edilən son söhbət olub.

Mənbənin bildirdiyinə görə, Quliyev həmin görüşdə bərk danlanıldıqdan sonra işdən azad ediləcəyi xəbərdarlığını alıb. Ona tapşırılıb ki, əşyalarını götürüb, rayonu tərk etsin. Çünki dövlət başçısının etimadını itirib.

Məlumatda deyilir ki, Məhərrəm Quliyev yeni həftənin ortalarına kimi işdən azad ediləcək. Ona yeni vəzifənin veriləcəyi isə mümkünsüz görünür. Elə Ağstafa İcra Hakimiyyətindəki mənbə də təsdiqləyib ki, otağını boşaldan icra başçısına yeni vəzifənin veriləcəyi gözlənilmir. Halbuki ilkin mərhələdə onu başqa bir rayona icra başçısı olaraq göndəriləcəyi gözlənilirdi. Lakin buraxdığı ciddi səhvlər, rayonda görülən işlərin bərbad vəziyyətdə olması işləri korlayıb. Sonda isə rayon camaatının onunla bağlı göndərdiyi şikayətlərin çoxalması da yuxarı dairələri qəzəbləndirib və karyerasının üzərindən xətt çəkiblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə