Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Böyük söküntü Bakıda kirayə bazarını yerindən oynadacaq”
“Böyük söküntü Bakıda kirayə bazarını yerindən oynadacaq”
10 Mart 2016 / 13:50 / Baxış sayı: 1340
Font1 Font2 Font3 Font4

“Bank sektorundakı durum 2015-ci ilin əvvəlindən əmlak bazarına dəstəyini göstərməkdə davam edir. Yanvar və fevral aylarında da böyük həcmdə pul vəsaitləri daşınmaz əmlak bazarına sərf edilib. Hesab edirik ki, bazara əlavə olaraq ən aşağısı 100 milyon manata yaxın vəsait daxil olub. Mərkəzi Bankın müvafiq statistikaları dərc ediləndən sonra artıq təqribi qiymətləndirməni daha dəqiq vermək olacaq”.

Bu haqda məlumat verən daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev hələ yanvar ayının əvvəlindən bazarda qiymət artımı müşahidə olunduğunu qeyd edib:

“Fevral ayının ortalarında da sizin sayta bildirmişdim ki, fevralda bazarda aktivlik artıb. Hamını düşündürən odur ki, bazarda nə baş verir? Çünki belə aktivliyin fundamental iqtisadi əsası azdır. Çox sadə dillə desək, burada iqtisadi, həm də texniki amillərin təsiri var.

Bundan əlavə, nəzərə almaq lazımdır ki, bazarda gözləmə mövqeyində olan çox sayda potensial alıcılar mövcud olub. Onlar qiymət enməsini gözləyirdilər. Bəziləri hesab edirlər ki, indiki qiymətlər cəlbedicidir.

Digərləri isə ümumiyyətlə, psixoloji cəhətdən gözləyə bilmirlər. Çünki hesab edirlər ki, qeyri-müəyyənlik çoxdur. Elə alıcılar var ki, onlar hələ də gözləməyi üstün tuturlar. Hansı qərarın doğru olub-olmamasını zaman göstərəcək. Sadaladığım bu 2 məsələ bazarı aktivləşdirən amillərdir”.

Gözlənilən böyük söküntünün təsirləri

R.Əliyev baş verəcək böyük söküntü prosesinin bazara təsirlərindən də danışıb:

“Nəzərə almaq lazımdır ki, böyük söküntü işlərinin başlanacağı hələ bazara təsir etməyib. Düzünü desəm, mən də bu işlərin böyük həcmdə görüləcəyinə şübhə ilə yanaşıram. Ancaq bu işlər böyük həcmlə başlasa, bazara təsiri sözsüz ki olacaq.

Məsələn, kirayə bazarını bu, ümumiyyətlə yerindən oynada bilər. Sökülən binaların sakinləri müvəqqəti olaraq haradasa qalmalıdır. İşlər tam həcmdə görülsə, belə çıxır ki, bazara kirayə ev axtarışına minlərlə müştəri çıxacaq. Ancaq yenə də qeyd edirəm ki, bu işlərin böyük həcmlə görülməsinə şübhə edirəm”.

Qiymətlər hələ ki, sabitdir…

Bazarda qiymətlərin necə dəyişdiyinə gəlincə, ekspert deyib ki, bazar üzrə orta qiymətlər elə dekabr devalvasiyasının ilk günlərindən başlayıb:

“Bəzi obyektlər üzrə bahalaşma texniki xarakter daşıyıb. Məsələn, dollarla qiymətləndirilən obyektlərin qiyməti məntiqi olaraq yeni məzənnəyə uyğun korrektə edilib. Elə mənzillər var ki, qiymətləri bu günə kimi eyni qalıb, eləsi də var ki, qiyməti qalxıb. Ancaq bir incəliyə nəzər yetirmək lazımdır ki, bazarda son dövrlər likvidlik artıb, bu isə deməkdir ki, qiymət güzəştləri də azalıb.

İlkin bazarda qiymət bahalaşması əsasən ucuz mənzil sinfinə aid olanlar üzrədir. Bu isə maya dəyərinin artımı ilə əlaqədar qeydə alınıb. Bahalı sinfə aid olan mənzillərin qiymətlərini bəzi şirkətlər ümumiyyətlə qaldırmayıblar”.

Neft bahalaşmayınca, qiymətlərin enməsi davam edəcək

R.Əliyev hazırda bazardakı aktivliyin müvəqqəti xarakter daşıdığını qeyd edib:

“Çünki, bu aktivlik əllərdə toplanmış küllü miqdarda vəsaitlərin bazara daxil olması ilə əlaqədardır. Mövcud iqtisadi şəraitdə isə bu, davamlı ola bilməz. Hətta bir çox insanlarda qiymətlərin artacağı illuziyası yaranıb. Bunun illuziya olub-olmaması isə neftin qiymətlərindən asılı olacaq, çünki hazırda nəinki əmlak bazarını, eyni zamanda bütün iqtisadiyyatın durumunu məhz neftin qiymətləri müəyyən edir. Son günlər neftin qiymətinin artımı bir çox insanlarda optimizmin yaranmasına səbəb olub. Ancaq bir amili nəzərə almaq lazımdır ki, neftin qiyməti indiki səviyyədən hələ əhəmiyyətli dərəcədə artmalıdır. Əgər neftin qiymətində əhəmiyyətli artım olmasa, bazarda qiymət enməsi davam edəcək”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə