Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yol polisinin evakuatoru maşını əzib qaçdı – Video
Yol polisinin evakuatoru maşını əzib qaçdı – Video
10 Mart 2016 / 15:09 / Baxış sayı: 1188
Font1 Font2 Font3 Font4

Martın 7-də Bakıda yol polisinin evakuatoru qəza törədib. arxiv.bizimxeber.az avtosfer.az-a istinadən xəbər verir ki, qəza Füzuli küçəsi, 49 ünvanında baş verib.

«Mercedes» markalı, 10 KH 318 dövlət nömrə nişanlı avtomobil yolun sağı ilə hərəkət edərkən 99 JF 111 dövlət nömrə nişanlı evakuator soldan ötmə əməliyyatı edib.

Bu zaman hər iki avtomobil sağa döndüyü üçün avakuator «Mercedes»i vurub. Qəzadan sonra evakuator hadisə yerindən uzaqlaşıb. Evakuatorda olan polis əməkdaşı isə zərər çəkən sürücüyə «bufer əzilib, dəyişərsən» deyib və hadisə yerini tərk edib. Həmin görüntüləri təqdim edirik:



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə