Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kamran Həsənliyə cinayət işi açıldı – Yenilənib
Kamran Həsənliyə cinayət işi açıldı – Yenilənib
10 Mart 2016 / 15:11 / Baxış sayı: 368
Font1 Font2 Font3 Font4

Şoumen Kamran Həsənliyə dələduzluq maddəsi ilə cinayət işi açılıb.  Bu barədə axsam.az-a hüquqşünas Ruslan Əhmədoğlu bildirib. Onun sözlərinə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və iş üzrə istintaqın davam etdirilməsi Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

***
14:44
Məsələ ilə bağlı big.az saytına danışan Samir Piriyev xəbəri təsdiqləyib: “Bəli, Kamran Həsənli mənə 80 min dollar pul “atıb”. Aldanmışam, min dəfə ondan pulumu istəmişəm, qaytarmayıb. İndi də hüquq mühafizə orqanlarına müraciət etmişəm. Birgə iş quracaqdıq, amma alınmadı və nəticə də belə oldu. Bu məsələ ilə hüquqşünas məşğul olur. Ayıb olsun sadəcə…”.

***
14:55
Kamran Həsənli “pul atması” ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, xəbərin yalan olduğunu, bu barədə ətraflı məlumat verəcəyini deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə