Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şotlandiyanın rəsmi “səfir”i it olacaq – Vakansiya elan olunub
Şotlandiyanın rəsmi “səfir”i it olacaq – Vakansiya elan olunub
10 Mart 2016 / 16:13 / Baxış sayı: 1894
Font1 Font2 Font3 Font4

Şotlandiyada rəsmi “səfir” vəzifəsinə it axtarılır.  Bu barədə Scotland Now məlumat yayıb. Məlumata görə, yeni əməkdaş öz sahibi ilə ölkədə səyahət etməli və bütün görməli yerlərdə olmalıdır. “Elçi”nin hərəkətlərini sosial şəbəkələrdə izləmək mümkün olacaq. İtin məşhurların iştirakı ilə keçirilən tədbirlərə dəvət olunacağı da istisna edilmir.

“VisitScotland” təşkilatı yeni əməkdaşı “Denholm Associates” işə götürmə agentliyinin köməkliyilə seçir. Vəzifə ambassadog kimi açıqlanıb. Bu isə ingilis sözləri “ambassador” və “dog”a (“səfir” və “it”) uyğun gəlir.  “VisitScotland” təşkilatının nümayəndəsi Helen Kempbellin sözlərinə görə, onlara ünsiyyətcil və mehriban it lazımdır. O, öz səyahətləri vasitəsilə Şotlandiyanın ruhunu ifadə etməyi bacarmalı və turistləri bu ölkəyə səyahət etməyə ruhlandırmalıdır. Qeyd edək ki, təşkilat iş üçün Şotlandiyada yaşayan bütün itlərin müraciətlərini qəbul edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə