Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gəlin 2 yaşlı qızıyla Türkiyəyə qaçdı – Lənkəranda şok ailə dramı (Fotolar)
Gəlin 2 yaşlı qızıyla Türkiyəyə qaçdı – Lənkəranda şok ailə dramı (Fotolar)
10 Mart 2016 / 16:31 / Baxış sayı: 1982
Font1 Font2 Font3 Font4

Azərbaycanda daha bir gəlinin evdən qaçması faktı qeydə alınıb. Belə ki, Lənkəran şəhər sakini Nərgiz Qasımova 2 yaşlı qızı Ruhəngiz ilə birlikdə ərini və onun valideynlərini aldadıb və evdən qaçaraq Türkiyədəki sevgilisinin yanına yollanıb.

Bu barədə AzNews.az-a N.Qasımovanın həyat yoldaşı Fərəc Qasımov məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı fevralın 12-də qızını götürərək, xalasıgilə gedəcəyini və 2 gün orada qalacağını deyib. 1 gündən sonra isə məlum olub ki, gəlin uşağı ilə birlikdə “Facebook”da tanış olduğu Türkiyə vətəndaşı Dəniz Əmrənin yanına – Konyaya qaçıb.

F.Qasımov bildirir ki, həyat yoldaşı 1 il imiş ki onu aldadırmış: “Nərgizlə 2011-ci ildə ailə qurmuşuq. O, rayon məktəbində ibtidai siniflərə ingilis dili dərsi deyirdi. Başıbağlı, namazqılan xanımdır. “Facebook”da Nərmin Əliyeva adı ilə qeydiyyatdan keçdiyini bilirdim. Dəfələrlə baxmışdım, dini müzakirələrə qoşulurdu. Ona görə də bir söz demirdim. Hətta evə kişi qohumlarımız gələndə, qarşılarına çıxmırdı ki, namərhəmdilər. Fevralın 12-də mənə dedi ki, işdən çıxıb, qızımızı bağçadan götürüb, kənddə xalasıgilə gedəcək. Razılaşdıq. 13-ü gecə zəng edib hal-əhval tutmaq istədim. Xalası dedi ki, onlara gəlməyib. Sonra qardaşına telefon açdım. O da bacısını görmədiyini bildirdi. Gecə səhərə qədər axtardıq. Telefonu da söndürülmüşdü.

Fərəc Qasımov və Nərgiz Qasımova
Sonra onun dəftərlərinin birindən “Facebook” ünvanının parolunu və adını tapdım. Daxil olub yazışmalarını oxudum. Məlum oldu ki, Dəniz Əmrə adlı türk vətəndaşı ilə yazışırmış. Fevralın 10-dan 13-nə qədər olan yazışmaları oxuya bildim, ondan əvvəl olanları silmişdi. Oğlan ona fevralın 11-də 600 türk lirəsi, yəni 320 manat göndərib ki, təyyarəyə bileti alsın. Nərgizin başqa yazışmalarını da oxudum. 2015-ci il iyulun 13-də “ASAN” Xidmətin onlayn operatoru ilə danışıb, Türkiyəyə getməyin hüquqi yollarını öyrənmək istəyib. Bu da onu göstərir ki, bütün işləri əvvəlcədən palanlaşdırırmış”.

F.Qasımovun sözlərinə görə, həyat yoldaşı məqsədinə çatmaq üçün onlara əvvəldən kələk gəlib: “Anama deyirdi ki, Türkiyədə ingilis dili müəlliminə 2500 manat əməkhaqqı verirlər. Qızımızın üzü və sinəsi isti sudan yanmışdı. Anamı aldatdı ki, sən Türkiyədə uşağa baxarsan, mən də işləyib, qızı müalicə etdirərəm. Razılaşdıq ki, mən Lənkəranda qalacağam, onlar üçü – anam, qızım, yoldaşım Türkiyəyə gedəcək. Qızımın anası ilə gedə bilməsi üçün notariusda təsdiqlənən razılıq ərizəsi də verdim. Təxminən bir aydan sonra dedi ki, bəs öyrənmişəm, orada vəziyyət pisdir, daha pul qazanmaq mümkün deyil. Sən demə, məqsəd uşağı özüylə aparmaq üçün rəsmi sənəd əldə etməkmiş”.

Qızları Ruhəngiz Qasımova

Aldadılan ər Nərgizin əvvəl 2 məktəbdə dərs dediyini, daha sonra isə evə xəbər etmədən məktəblərdən birindəki işindən çıxdığını deyir: “Sonradan xəbər tutduq ki, ikinci məktəbdən çıxıb, bizə məlumat verməyib. Hər gün evdən çıxıb axşam 5-də gəlirdi. Öyrəndik ki, gizlicə türk dili kursuna yazılıb. Türkcə çox yaxşı danışırdı”.

Qasımovlar ailəsi

Beləliklə, N.Qasımova bu neçə müddət ərzində sənədlərini qaydaya salıb və türkiyəli virtual sevgilisinin göndərdiyi pulla bilet alaraq ölkəsindən qaçmağa nail olub: “Fevralın 14-ü Bakı aeroportunda qızımın şəklini çəkərək, “Facebook”a qoyub. Oğlana da yazıb ki, qorxumdan bədənim əsir. Qaçandan iki gün sonra yazdığım mesajlara cavab verdi. Dedim ki, qayıt rəsmi boşanaq, uşağı da ver mənə çıx get. Çünki ondan ana olmaz. Dedi, heç vaxt boşanmayacağam”.

Nərgiz Qasımovanın Türkiyədəki sevgilisi Dəniz Əmrə
F.Qasımovun anası Səadət Qasımovanın AzNews.az-a verdiyi məlumata görə, gəlinləri artıq Türkiyədən qayıdıb: “Öz ailəsinin təkidi ilə Azərbaycana gəlib. Lənkəran Şəhər Polis İdarəsində ifadə verib. Bildirib ki, guya oğlum Fərəc narkomandır, ona görə də qaçıb. Guya oğlum onu döyürmüş. Amma hamısını yalan deyir. Oğlum siqaretdən başqa heç nə tanımır. Nə içir, nə çəkir. Yalandan oğlumu şərləyir. Ondan bizə gəlin olmaz daha. Hara istəyir getsin, amma nəvəmizi bizə versin getsin”.

S.Qasımova oğlunun boşanması ilə bağlı məhkəməyə müraciət etdiklərini bildirib: “Artıq məhkəməyə vermişik. Ondan ana olarmı? Nəvəmizin ondan alınıb, bizə – layiqli ailəsinə verilməsini tələb edirik”.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə