Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İngiltərədə qəribə olay -Qoyunlar stressdən ölür
İngiltərədə qəribə olay -Qoyunlar stressdən ölür
10 Mart 2016 / 18:12 / Baxış sayı: 1160
Font1 Font2 Font3 Font4

İngiltərədə qəribə hadisə baş verib. AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ölkənin Sussex bölgəsində 116 qoyun stress nəticəsində ölüb. Qoyun sürüsünün itlər tərəfindən hücuma məruz qalması hadisənin baş verməsinə səbəb kimi göstərilir. Belə ki, Gordon Vyeth və atası Gerald Vyethenə məxsus qoyunlara bağda itlər hücum edib. Bu zaman qoyunlar qaçmağa yer tapmayıb. Hadisə zamanı stress keçirən qoyunların hamısı ölüb. 

Gordon Vyeth kədərini belə dilə gətirib: “35 ildir bu işlə məşğul oluram. Amma heç vaxt belə bir hadisə ilə qarşılaşmamışdım”. G. Vyethə dəyən ziyanın təxminən 40 min dollar olduğu bildirlir.

İngiltərədə Beynəlxalq Bağlıq Təşkilatından qoyun stressinin (sheep-worrying) nə olması ilə bağlı açıqlama verilib. Bildirilib ki, bir və birdən çox qoyunun itlər tərəfindən qovularaq narahat edilməsi onlarda stress yaradır. Bu da ölümlə nəticələnir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə