Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şura üzvlüyünə seçki bitdi
Şura üzvlüyünə seçki bitdi
10 Mart 2016 / 18:34 / Baxış sayı: 1014
Font1 Font2 Font3 Font4

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə “Ailə, qadın və uşaq məsələləri” qrupu üzrə seçki keçirilib. İclasa açıq səsvermə ilə Müşviq Ələsgərli sədr, Mətanət Əsgərova isə katib seçilib. Sonra say komissiyasının 3 nəfərdən ibarət tərkibi müəyyən edilib. Müşviq Ələsgərli bildirib ki, iclasda qeydə alınmış 59 QHT nümayəndəsindən 49-u iştirak edir.

Şura üzvlüyünə namizədlər Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Eyvazova, “Gender və İnsan Hüququ” Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə, “Yaradıcı Gənclər” İctimai Birliyinin sədri Arzu Vəlibəyova və “Gənclərin Maarifləndirilməsi və Təlimi” İctimai Birliyinin İdarə Heyətinin üzvü Tehran Əbilova iclasda çıxış ediblər.

Səsvermədən sonra nəticələr açıqlanıb. Ən çox səs toplayan ilk 3 nəfər Rəna Mirzəzadə (43 səs), Nərgiz Eyvazova (25 səs) və Arzu Vəlibəyova (7 səs) olub. Qeyd edək ki, sabah “Qaçqın, köçkün, əlil və veteranların məsələləri” qrupu üzrə seçkilər keçiriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə