Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neft hasilatının “dondurulması”na dair görüş təxirə düşür
Neft hasilatının “dondurulması”na dair görüş təxirə düşür
11 Mart 2016 / 10:25 / Baxış sayı: 760
Font1 Font2 Font3 Font4

İran  razılıq verməzsə, OPEK ölkələrinin və bu təşkilata üzv olmayan neft istehsalçısı ölkələrinin martın 20-nə nəzərdə tutulan görüşü, çox güman ki, baş tutmayacaq. Bu barədə “Reuters” agentliyinə məsələ ilə yaxından tanış olan mənbələr bildirib.

İran hazırda neft bazarında sanksiyalar dövründə itirdiyi payını bərpa etmək niyyətindədir. “Onlar (İran – red.) görüşün keçirilməsi ilə razı deyillər… İranın nə isə etmək niyyəti yoxdur… İranın razılaşacağı təqdirdə (neft hasilatının “dondurulması”na – red.), hər şey dəyişiləcək”, – deyə mənbələrdən biri bildirib.

İkinci mənbə bildirir ki, yanvardakı orta sutkalıq hasilat həcmi Tehranı qane etməyib. Ölkə neftin sutkalıq hasilat həcmini  4 mln barelədək artırmaq niyyətindədir. “Əgər onlar həll yolunu tapmaq istəyirlərsə, onda onlar İrana ədalətli sövdələşmə təklif etməlidirlər”, – deyə mənbə bildirib.

Qeyd edək ki, bu arada Rusiyanın energetika naziri Aleksandr Novak martın 14-də Tehrana səfər edəcəyini bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə