Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya “Visa” və “MasterCard”dan imtina edir
Rusiya “Visa” və “MasterCard”dan imtina edir
11 Mart 2016 / 11:33 / Baxış sayı: 972
Font1 Font2 Font3 Font4

Rusiya Mərkəzi Bankı bütün kommersiya banklarına iyul ayının 1-dən etibarən yerli “Mir” ödəniş sisteminə keçidlə bağlı tapşırıq verib. Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki. göstərilən tarixdən Rusiyanın milli ödəniş sistemi tam funksiyalı iş rejiminə keçirilir.

Qeyd olunur ki, bir çox banklar buna hazır olmasalar da, artıq tarix bəllidir və göstərişə əməl olunmalıdır.

Xatırladaq ki, Rusiyaya qarşı sanksiyalarla bağlı Qərb mətbuatında mənzil-qərargahları ABŞ-da yerləşən “Visa” və “MasterCard” ödəniş sistemlərinin qonşu ölkədə fəaliyyətlərinin dayandılrılması və bununla da, Rusiya bank sisteminə sarsıdıcı zərbənin vurulması barədə söhbətlər dolaşırdı.

Sonradan “Visa” və “MasterCard” belə planlarının olmadığını bildirsələr də, Rusiya hökuməti milli ödəniş sisteminin hazırlanaraq işə salınması barədə Mərkəzi Banka tapşırıq vermişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə