Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Barak Obama Vladimir Putinlə görüşlərindən danışıb
Barak Obama Vladimir Putinlə görüşlərindən danışıb
11 Mart 2016 / 12:05 / Baxış sayı: 1140
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti “Atlantic” nəşrinə müsahibə verib. ABŞ prezidenti Barak Obama “Atlantic” nəşrinə Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşlərlə bağlı təfərrüatları danışıb. Barak Obama Rusiya liderinin onu iki saat gözləməyə vadar etmədiyini və özünü tərəfdaş kimi göstərməyə çalışdığını deyib, “çünki o “elə də axmaq deyil”.  

Obama “Atlantic”in jurnalisti Cefri Qoldberqin Vladimir Putinin kobud və hirsli görünməsi iddiası ilə də razılaşmayıb. Obama əmindir ki, Putin elə deyil. “Əslində, Putin bizim görüşlərdə çox nəzakətli və səmimi olur. O, məni heç vaxt 2 saat gözlətməyib”, – deyə Obama bildirib.

O əlavə edib ki, Putin Rusiya və ABŞ münasibətlərinə amerikalıların fikirləşdiyindən daha ciddi yanaşır. Obamanın sözlərinə görə, Putin anlayır ki, indi Rusiya dünyada mövqeyini itirir “onun Krıma soxulması və ya Bəşər Əsədidəstəkləməsi onu oyunçu etmir. “Siz onu əvvəlcədən gündəmi müəyyənləşən heç bir görüşdə görə bilməzsiniz”, – deyə ABŞ prezidenti əlavə edib.

Vladimir Putin və Barak Obama

Vladimir Putin və Barak Obama

Jurnalist Qoldberqin Rusiyanın Ukrayna Suriyadakı fəaliyyətinə dair sualına Obama cavab olaraq bildirib ki, Ukrayna ilə bağlı “Putin əldən çıxa biləcək peyk – ölkənin hərəkətlərinə cavab verib”.

«Eyni şeyi Suriya da edib və bu, ölkəyə maliyyə baxımından baha başa gəlib”, – Obama belə deyib.

O həmçinin qeyd edib ki, ABŞ Vaşinqtonun hərəkətlərindən asılı olmayaraq üzərində hər zaman təhlükənin qaldığı Ukraynaya görə genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazır deyil.

ABŞ və Rusiya arasında münasibətlər 2014-cü ildə Krım yarımadasının Rusiyaya birləşdirilməsindən sonra gərginləşib.  Buna cavab olaraq ABŞ və Avropa İttifaqı əvvəlcə fərdi şəkildə rus məmurlarına qarşı, daha sonra isə Rusiya iqtisadiyatının bütün sahələrinə sanksiyalar tətbiq edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə