Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya raket kompleksini avqustda təhvil verəcək
Rusiya raket kompleksini avqustda təhvil verəcək
11 Mart 2016 / 14:36 / Baxış sayı: 1306
Font1 Font2 Font3 Font4

İlk tədarük avqust və sentyabr ayında olacaq. Rusiya regiondakı ən böyük müttəfiqi olan İrana S-300 raket kompleksini bu ilin yay aylarında təhvil verəcək. ANS PRESS-in məlumatına görə, bu barədə “Rostex” dövlət konserninin rəhbəri Sergey Çemezov “The Wall Street Journal”a müsahibəsindədeyib.

“Düşünürəm ki, biz ilin sonunadək S-300 raketlərini İrana verərik. İlk tədarük avqust və ya sentyabrda olacaq”, – deyə qurum rəsmisi bildirib.

“S-300pmu-1″ modifikasiya İrana tədarük olunduqdan sonra, bir daha istehsal olunmayacaq”

Onun sözlərinə görə, İran bu sistemi “S-300pmu-1” modifikasiyası ilə alacaq. Çemezov bildirib ki, İrana məhz bu modifikasiya lazımdır, halbuki Moskva Tehrana “Аntey 2500” (S-300 ailəsinin HHM sistemi) təklif edib. “Rostexa” başçısı qeyd edib ki, bu “S-300pmu-1” modifikasiya İrana tədarük olunduqdan sonra, yəqin ki, daha istehsal olunmayacaq.

Sergey Çemezov - “Rostex” dövlət konserninin rəhbəri

Sergey Çemezov – “Rostex” dövlət konserninin rəhbəri

Martın 7-də Küveytin “Əl Ceridə” qəzetində Rusiyanın İrana S-300 raket kompleksini satmaq fikrindən daşındığı xəbəri yer alıb. İddiaya görə, Rusiya Tehran rəhbərliyinin “Hizbullah”a silah verə biləcəyindən ehtiyat etdiyi üçün bu addımı atıb. Qəzet Rusiya prezidentinin İrana raket sistemini transfer qərarını ləğv etdiyini bildirib.

Rusiya İrana S-300 satmaq fikrindən daşındı

Rusiya və İran 2007-ci ildə 800 milyon dollar dəyərindəki S-300 komplekslərinin tədarükünə dair müqavilə imzalayıblar. 2010-cu ildə Birləşmiş Millətlər Təşilatının (BMT) Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarından sonra Rusiya bu ölkəyə S-300 kompleksinin satışını dayandırdı. Buna cavab olaraq İran Beynəlxalq Arbitraj Məhkəməsində Rusiyaya qarşı iddia qaldırdı. İran Rusiyadan silah satışına dair müqavilənin şərtlərini pozduğu üçün 4 milyard dollar dəyərində təzminat istəyirdi.

S-300 raket kompleksi


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə