Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bankların növbəti fırıldaqları: ŞİKAYƏT
Bankların növbəti fırıldaqları: ŞİKAYƏT
11 Mart 2016 / 16:03 / Baxış sayı: 360
Font1 Font2 Font3 Font4

Redaksiyamıza vətəndaş Yusifzadə Rəşad Elbrus oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən şəxs probleminin həlli üçün ilkin yol kimi mətbuatda probleminin yayımlanmasını istəyir.

Bildiyimiz kimi mətbuat 4-cü hakimiyyətdir. Azərbaycan Respublikası azad və demokratik Respublika olduğu üçün hər bir vətəndaşın problemi aidiyyatı qrumlar tərəfindən dinlənməlidir. Lazımı orqanlarda həmin problemin həlli üçün çalışmalıdırlar. Biz mətbuat olaraq hər bir vətəndaşın problemini dinləməyə və yayımlamağa borcluyuq.

ƏRİZƏ

Mən Yusifzadə Rəşad Elbrus oğlu yazıb sizə bildirirəm ki, 30.12.2012-ci il tarixində Ziya Bünyadov prospektində yerləşən 057 CARS avtosalonundan qeydiyyat nişanı 90 GG 711 nömrəli “KİA OPTİMA”minik TİP  Sedan 2009-cu il buraxılış adı çəkilən maşını ilkin ödəniş etməklə 21 ay 400 AZN manat ödəmək şərtiylə Beynəlxalq Bankdan almışam. Lakin kredit ödənişimi bitirdikdən sonra maşınıma həbs qoyulub bank tərəfindən. Mən Mərkəzi Beynəlxalq  bankda bu işə baxan məsuliyyətli şəxs Fəridlə görüşdüm. O, mənə bildirdi ki, maşının birinci sahibi  Cəlilov Bəxtiyar Mirzəmurad oğlunun Beynəlxalq banka borcu olduğu üçün maşına  həbs qoyulub.

Mən maşının sahibi olduğum üçün Cəlilov Bəxtiyar Mirzəmurad oğlu ilə telefon əlaqəsi saxladım. O ödəniş etməyəcəyini bildirdi. Bank və maşın salonu birləşərək məni aldadıblar. Müstəqil Azərbaycan Respublikasında qanun ölkəsində sadə, siravi vətəndaşlarından istifadə edən ədalətsiz çalışan banklar və insanlar hələ də ölkəmizdə var. Lazımı orqanların mənim şikayət ərizəmə baxmaqlarını və aidiyyatı qurumların məsələmi aydınlaşdıraraq, həll etmələrini xahiş edirəm.  Hüquq ,mühafizə orqanlarının bir başa bu işə məsuliyyətli yanaşaraq həll  etmələrini rica edirəm.

Yusifzadə Rəşad Elbrus oğlu.

Qarşı tərəflərin fikirlərini dərc etməyə hazırıq…



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə