Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xaləddin İsgəndərov niyə vəzifəsini itirir?
Xaləddin İsgəndərov niyə vəzifəsini itirir?
11 Mart 2016 / 17:21 / Baxış sayı: 624
Font1 Font2 Font3 Font4

Ötən həftə 3 rayonun icra başçısının gözlənilmədən vəzifədən uzaqlaşdırılması müzakirə mövzusuna səbəb oldu. Vəzifəsini itirən icra başçılarının etimadı dögrultmadığı aşkar və rəsmi şəkildə bildirildi. Üstəlik onlara heç bir vəzifə də verilmədi.

arxiv.bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə, etimadı itirən daha bir icra başçısının da yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılacağı qaçılmazdır.

Redaksiyaya daxil olan mılumata görə, rayonda baş verənlərin mətbuata çıxmasının qarşısını hər vəchlə almağa çalışan Binəqədinin icra başçısı Xaləddin İsgəndərov yolun sonuna gəldi. Vətəndaşlara və sahibkarlara qarşı edilən haqsızlığa rəğmən baş verənləri mətbuatdan gizlətməyin özü ciddi problemlərtin varlığından xəbər verir. 

Statistik rəqəmlərə görə, satılan bələdiyyə torpaqlarının çoxu Binəqədi rayonu ərazisinə düşür ki, bunu da bələdiyyələr (Bu barədə daha dəqiq məlumat verəcəyik… Hansı xanım bələdiyyə sədrləri və işçiləri rayonda hansı əməllər törədir?) özbaşına deyil, icra başçısı ilə razılaşıb ediblər.

Ümumiyyətlə, Binəqədi rayonu Bakı şəhərində ən problemli rayon olaraq tanınır. Ən çox şikayətlər məhz bu rayonda yaşayan vətəndaşlardan gəlir. Elə isə, Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərovun vəzifədən uzaqlaşdırlması üçün kifayət qədər əsaslar var.

arxiv.bizimxeber.az
İlkin



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə