Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Embawood”un məsul şəxsindən şok addım – Baş kəsməklə hədələdi
“Embawood”un məsul şəxsindən şok addım – Baş kəsməklə hədələdi
12 Mart 2016 / 13:31 / Baxış sayı: 1278
Font1 Font2 Font3 Font4

Bir müddət əvvəl mətbuatda Masallı sakininin intihar həddinə çatdırılması ilə bağlı yazılar dərc edilmişdi. Yazılarda qeyd olunurdu ki, 1992-ci il təvəllüdlü Ağayev Elnur Azər oğlu dələduzluğun qurbanı olub.

O, Moskva Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb. E.Ağayevin iddia ərizəsi əsasında Masallı rayon Məhkəməsi qərar da çıxardıb. Qərara görə, Z.Məmmədov şikayətçiyə 3700 dollar vəsaiti ödəməlidir. 

arxiv.bizimxeber.az xəbər verir ki, hadisə ilə bağlı 7news.az-ın redaksiyasına ilginc məlumatlar daxil olub. Məlumatda deyilir ki, Elnur Ağayev onu aldadan Zaur Məmmədovu tapmaq, pulunu geri almaq məqsədi ilə “Embawood” mebel şirkətində işləyən qardaşı İlqar Məmmədova müraciət edib.

“Embawood”un məsul şəxsi Elnuru görüşə çağıraraq başını kəsəcəyi ilə hədələyib. E.Ağayev bununla bağlı şirkətə müraciət ünvanlayıb:“Online olaraq müraciət ünvanlamışam, ancaq hələ bir cavab yoxdur.”

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə