Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Başçı aşpazına vəzifə verib, maşın bağışlayıb
Başçı aşpazına vəzifə verib, maşın bağışlayıb
12 Mart 2016 / 13:47 / Baxış sayı: 692
Font1 Font2 Font3 Font4
Şamaxının icra başçısı Asif Ağayev barəsində yeni xəbər yayılıb. conflict.az bildirir ki, icra başçısı təhsili olmayan, müxtəlif iaşə obyektlərində aşpaz işləmiş Anar Rəsulova vəzifə verib. O, A.Rəsulovu rayon İcra Hakimiyyətinə komendant təyin edib. Buna səbəb A.Rəsulovun A.Ağayevə bu günə kimi şəxsi aşpazlıq etməsi olub.

A.Rəsulov icra başçısının həm iş, həm ev, həm də istirahətə getdiyi zamanlarda aşpaz kimi səlahiyyətli adamıdır. Onun bu xidməti icra başçısı tərəfindən layiqincə qiymətləndirilib. A.Ağayev aşpazına yalnız vəzifə verməyib, 56 AA 038 dövlət nömrə nişanlı Niva, 56 AA 101 dövlət nömrə nişanlı isə ağ rəngli “Cip” markalı avtomobillər verib.

Şamaxı icra başçısı görünür prezidentin bu çıxışını unudub: “Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır”. Qarşı tərəfi dinləməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə