Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sevindik Hətəmov salyanlılarla görüşlərə başladı
Sevindik Hətəmov salyanlılarla görüşlərə başladı
12 Mart 2016 / 17:08 / Baxış sayı: 1818
Font1 Font2 Font3 Font4

Sevindik Hətəmov əhali ilə görüşlərə başladı, ilk qəbula 150 nəfər adam gəlib 

Məlum olduğu kimi, bir müddət əvvəl prezidentin sərəncamı ilə Salyanın icra başçısı dəyişdirilib. JAM.AZ xəbər verir ki, dövlət başçısının yeni sərəncamı ilə Tahir Kərimova Yardımlının icra başçısı işləmiş Sevindik Hətəmov əvəzləyib. 

Qeyd edək ki, Hətəmov hələ Yardımlıda işlədiyi zaman maksimum dərəcədə əhali ilə təmaslar qurur, rayonda bütün xeyir və şərlərdə iştirak edərək, görüşlərini də orada keçirirdi. Üstəlik, mövcud problemlərin aradan qaldırılması üçün bir sıra addımlar atdığını elə camaatın özü də təsdiqləməkdədir.

Salyana icra başçısı təyin olunmasının üzərindən 1 həftə keçməsinə baxmayaraq, Sevindik Hətəmov bu rayonda da Yardımlı variantını tətbiq etməyə başlayıb. Belə ki, dünən 170 nəfərə yaxın şəxs İcra Hakimiyyətinə gələrək, icra başçısının qəbuluna yazılıblar. Onlar üzləşdikləri problemləri rayon rəhbərinin diqqətinə çatdırıblar.

Qəbula gələnlər arasında problemləri yerindəcə həll olunanlar olub ki, onlarla bağlı dərhal tədbir görülüb. Lakin bir çox məsələlərlə bağlı araşdırmaya əsas olduğundan onlarla bağlı yekun qərarların verilməsi bir qədər sonraya saxlanılıb. Lakin Sevindik Hətəmov bildirib ki, o, bundan sonra mütəmadi olaraq qəbullar keçirərək, rayonun problemlərini yoluna qoymaq üçün zəruri olan bütün addımları atacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə