Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Özünə villa tikdirən icra başçısı fəhlələrin pulunu vermir
Özünə villa tikdirən icra başçısı fəhlələrin pulunu vermir
12 Mart 2016 / 17:57 / Baxış sayı: 296
Font1 Font2 Font3 Font4

Göyçayın icra başsısı Mübariz Ağayev rayonun Hüngütlü kəndində inşa etdirdiyi villasında ümumi qiyməti 100 min dollar olan kombi sitemi quraşdırıb. Lakin bir neçə aydır ki, fəhlələrin muzdunu vermir. Bu barədə pulunu ala bilməyən ustalardan biri məlumat verib.  

Mübariz Ağayev bunu hələlik maddi vəziyyətinin ağır olması ilə əlaqələndirir və çalışanlardan xahiş edir ki, ona bir müddət möhlət versinlər.

Şikayətçi düşən usta isə bildirib ki, onların artıq gözləmək kimi fikirləri yoxdur. Çünki noyabrda alacaqları pul artıq dəyərini itirib. Mübariz Ağayev isə onlara dəyən ziyanı ödəməyəcək. Mənbə qeyd edir ki, Mübariz Ağayev Hüngütlü kəndində villanı Göyçaya təyinat alan kimi inşa etdirməyə başlayıb. Həmin ərazidə həmçinin Mübariz Ağayevin sələfi, hazırda Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun da villası var.

Mənbə bildirir ki, Mübariz Ağayevin villasının dəyəri 1 milyon dollardan artıqdır. Villanın içindəki xüsusi dizayn isə göz oxşayır.  Qarşı tərəfin mövqeyini verməyə hazırıq. (AzFakt.com)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə