Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İŞİD-lə Azad Suriya Ordusu arasında döyüşlər yenidən başladı
İŞİD-lə Azad Suriya Ordusu arasında döyüşlər yenidən başladı
13 Mart 2016 / 0:41 / Baxış sayı: 1330
Font1 Font2 Font3 Font4

Türkiyə ordusu Suriya sərhəddində əməliyyatlara başlayıb. Türkiyə Silahlı Qüvvələri Suriya ərazindəki İŞİD mövqelərinə atəş açıb. Türkiyə ordusu döyüşlərdə tank və özüyeriyən fırtına toplarından istifadə ediblər.

Əməliyyatlara səbəb isə İŞİD və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu arasında döyüşlərin yenidən başlamasıdır. Hərbi əməliyyatlara  Türkiyənin Kilis şəhərindən həyata keçirib. Türkiyə – Suriya sərhədinə tanklar və digər hərbi texnika yeridilib.

Türkiyə ordusunun İŞİD-i terrorçularını bombalaması

Türkiyə ordusunun İŞİD-i terrorçularını bombalaması

 İŞİD və müxalifət arasında döyüşlər səhər saatlarından daha da şiddətlənib.

Bir neçə gün əvvəl İŞİD terrorçu qruplaşması “Katyuşa” reaktiv artilleriyaları ilə Suriya ərazisindən Türkiyəni atəşə tutub. 

Silah səsləri Türkiyə sərhədinə yaxın kəndlərdən də eşidilib. Əməliyyatlarda ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri də Türkiyə ordusuna havadan dəstək verib.Koalisiya qüvvələri İŞİD-in ərazilərini bombaladıqdan sonra Türkiyə tankları sərhəddən Suriya ərazisini atəşə tutub.

Suriyanın İŞİD-in nəzarətində olan Əl – Bab, Cekke, Yeniyapan, Kızılköy, Karakörpü və digər ərazilərə 100 dən tanklardan və özüyeriyən fırtına toplarından çox atəş açılıb. Məlumata görə, Suriya ərazisindən Türkiyənin jandarma qüvvələrinə  “Katyuşa” mərmisi atılıb. Ölən və yaralananın olmadığı bildirilir.

Bir neçə gün əvvəl İŞİD terrorçu qruplaşması “Katyuşa” mərmiləri  ilə Suriya ərazisindən Türkiyəni atəşə tutub. Terrorçuların günorta saatlarında atdığı 8 mərmi Türkiyənin Kilis qəsəbəsinə düşüb.Raketlərin düşdüyü ərazilərdə güclü partlayışlar olub, ölü və yaralı var. Atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər ağır olmaqla ən az iki nəfər yaralanıb.Raketlərdən biri qəsəbəyə doğru hərəkət edən avtomobilin yaxınlığına düşüb. maşının içərisində olan iki uşaq ağır yaralanıb. Türkiyə Silahlı Qüvvələri “Fırtına” topları ilə İŞİD terrorçularının mövqelərini ağır bombardman edib.

Raket düşən ərazidən görüntülər

Raket düşən ərazidən görüntülər
Türkiyənin baş naziri Əhməd Davudoğlu mətbuata açıqlmasında bəyan edib ki, ordu İŞİD terror təşkilatına ağır zərbə vurub. Davudoğlu deyib ki, bütün bu yaşananlar Suriyada atəşkəsə tam riayət olunmadığını sübut edir.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə