Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elman Rüstəmov Cavid Qurbanova savaş açdı – Məhkəmə qalmaqalı
Elman Rüstəmov Cavid Qurbanova savaş açdı – Məhkəmə qalmaqalı
13 Mart 2016 / 17:23 / Baxış sayı: 400
Font1 Font2 Font3 Font4

Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş “Gəncəbank” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib 

“Report”un məlumatına görə, AMB bankın müflis elan edilməsi, ləğvedici qismində “Azerbaijan İnternational Consulting Company” MMC-nin təyin edilməsi, ləğvediciyə ödəniləcək aylıq əmək haqqının 15 min manat məbləğində müəyyən edilməsi barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vəsatəti təmin etməyib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, AMB-nin İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.

Politika.Az bildirir ki, “Gəncəbank” ASC-nin səhmələrinin 33,3 faizi “Azərbaycan Dəmir Yolları” ASC-nin sədri Cavid Qurbanovun atası Qurbanov Qənbər Şəmşir oğluna məxsusdur. Bu barədə bankın rəsmi saytında da (http://www.gandjabank.az/?/az/content/165/) məlumat verilib.

C.Qurbanovun atası Q.Qurbanov Sovet nomenklaturasına daxil olan bir şəxsdir. 1933-cü il təvəllüdlü Q.Qurbanov Ağdam Müəllimlər İnstitutunu, Azərbaycan Pedaqoji İnstitutunu, Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirib. 1975-1989-cu illərdə Kəlbəcər rayon İcraiyyə Komitəsinin, 1989-cu ildən sonra isə Gədəbəy rayon İcraiyyə Komitəsinin sədri olub. İndi təqaüdçüdür. Təbii ki, 80 yaşlı Q.Qurbanovun bankın idarə etməsi ilə məşğul olması real deyil – bankın idarəetməsini onun oğlu Cavid Qurbanov həyata keçirir.

“Gəncəbank” ASC 28 fevral 1994-cü ildə yaradılıb. Azərbaycan ərazisində paytaxtdan kənarda – Gəncədə fəaliyyət göstərən yeganə bankdır (46 kommersiya bankının 45-i paytaxt Bakı şəhərində fəaliyyət göstərir). Bəzi məlumatlara görə, “Gəncəbank” elə şübhəli maliyyə əməliyyatlarının keçirilməsi üçün təsis edilib və buna görə də paytaxtdan kənarda fəaliyyət göstərməsi “məsləhət” bilinib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə