Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan-İran sərhədində insident: 5 sərhəd pozucusu öldürüldü
Azərbaycan-İran sərhədində insident: 5 sərhəd pozucusu öldürüldü
13 Mart 2016 / 17:26 / Baxış sayı: 1816
Font1 Font2 Font3 Font4
Elçin Quliyev hadisə yerinə gedib 

Martın 13-də Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. 

arxiv.bizimxeber.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, saat 04:10 radələrində xidməti sahədə işarəverici qurğunun işə düşməsi nəticəsində 8-10 nəfərdən ibarət bir qrup şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində hərəkət etməsi aşkar edilib və sərhəd pozucularının saxlanması üzrə tədbir keçirilib. Qaranlıq və sıx dumanlıq şəraitində təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq onlara qarşı silahlı müqavimət göstəriblər.

“Dövlət sərhədi haqqında” qanunun tələblərinə tam uyğun olaraq sərhəd pozucularına qarşı silah tətbiq olunub, nəticədə sərhəd pozucularından 5-i yaralanıb, 2 nəfər isə saxlanılıb. Dərhal hadisə yerinə gələn hərbi həkimlər qrupunun tibbi yardımına baxmayaraq, yaralanmış sərhəd pozucularının həyatını xilas etmək mümkün olmayıb.

Qanunsuz olaraq dövlət sərhədini pozan qrupun Banqladeş vətəndaşlarından və onlara bələdçilik edən silahlı şəxslərdən ibarət olması müəyyən edilib. Hadisə yerinə baxış zamanı atılmış ov tüfəngi patronları, 1 ədəd “Browning” markalı tapança aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi qrup hadisə yerindədir. Faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə