Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Təhlükəsiz İnternet” layihəsi başa çatdı
“Təhlükəsiz İnternet” layihəsi başa çatdı
13 Mart 2016 / 17:53 / Baxış sayı: 970
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Lənkəran Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhərində həyata keçirilən “Təhlükəsiz İnternet” adlı layihə uğurla başa çatıb.

Layihə çərçivəsində Lənkəran şəhəri ilə yanaşı Astara, Masallı, Lerik və Biləsuvar rayonlarında yaşayan məktəblilər də internet təhlükəsizliyi mövzularında faydalı biliklərə yiyələniblər.

Layihənin məqsədi cənub bölgəsində yeniyetmələrə internetdən təhlükəsiz istifadə qaydalarından istifadə etməklə daha düzgün istiqamətdə faydalanmaq haqqında maarifləndirmə işini həyata keçirməkdir.

Layihənin rəhbəri Raiq Əliyev bildirib ki, layihə çərçivəsində internet təhlükəsizliyi, onlayn alış-veriş zamanı elektron kartlardan istifadə, şəxsi məlumatların qorunması və təhlükəsizliyi, internet etikası ilə bağlı məlumatlar verilib:

“Layihə cənub bölgəsində yaşayan məktəbyaşlı uşaqların və yeniyetmələrin internet texnologiyalarından daha səmərəli və təhlükəsiz istifadəsinə böyük töhfə verəcək. Layihənin davamlığı üçün yuxarıda adları qeyd olunan rayonların Gənclər və İdman İdarələrinin təşkilatçılığı ilə digər məktəblərdə də, təlimlər təşkil edilməsi planlaşdırılır”.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə