Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

NUH.az-ın layihəsi: Məhərrəm Quliyev 35 il harada olub?
NUH.az-ın layihəsi: Məhərrəm Quliyev 35 il harada olub?
13 Mart 2016 / 18:20 / Baxış sayı: 1926
Font1 Font2 Font3 Font4

İcra başçılarının rüvətxorluğu, əhalini dövlətdən narazı salması, qohumlarının  rayonlarda at oynatması, övladlarının harınlığı  və s. barədə ölkə mətbuatında kifayət qədər yazılar dərc olunur. Hətta problem o həddə çatıb ki, ölkə başçısı məmur balalarının hərəkətləri barədə dəfələrlə xəbərdarlıq edib.

Bütün bunlar hamıya bəllidir.NUH.az-ın  indiki  mövzusu  rayonlara rəhbərlik edən şəxslərin öz  tərcümeyi-halını cəmiyyətdən gizlətməsi ilə bağlıdır.Məlumdur ki, müasir dövrün tələblərinə uyğun olaraq hər bir rayon icra hakimiyyətinin saytı fəaliyyət göstərir  və həmin saytlarda rayonla bağlı məlumatlar öz əksini tapır. Eyni zamanda  saytlarda ən azı rayon rəhbərliyinin tərcümeyi-halı, həyat yolu işıqlandırılır.

Məntiqlə  burada özfəaliyyətdən söhbət gedə bilməz.Prezident  Adminstrasiyasının müəyyən elədiyi konkret formada rayon rəhbərliyinin ömür yolu saytda qısa da olsa öz əksini tapmalıdır.

NUH.az-ın apardığı  araşdırma zamanı bəlli oldu ki, bu məslədə pərakəndəlik var. Elə icra başçıları var ki, saytda ancaq onlarla bağlı Prezidentin sərəncamını dərc etməklə kifayətlənir. Bir soruşan yoxdur ki, məgər Prezidentin sərəncamı sənin tərcümeyi-halındır..?

Hətta saytlarda rayona rəhbərilik edən şəxsin hansı ali məktəb bitirməsi, haralarda işləməsi belə bəlli olmur.

Nümunə kimi Ağstafanın icra başçısı Məhərrəm Quliyevin  saytda əks olunan tərcümeyi-halına nəzər salaq.Quliyev Məhərrəm  Böyükağa oğlu 1968-ci ildə Lənkəranda anadan olmuşdur.2003-cü ildən  Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini, 13.03.2006–cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 iyul 2011-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.Yaxşı oxucu, yaxud  rayon sakini haradan bilsin ki, Məhərrəm Quliyev 35  (1968- 2003 ) il  harada olub, hansı ali məktəbi bitirib?

Ümumiyyətlə, başçı məktəbə gedibmi..?Ümumiyyətlə, PA bu məsləyə diqqət ayırmalıdır. Belə pərakəndəlik olmaz.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə