Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ankarada baş vermiş partlayışda 35 nəfər ölüb, 120 nəfər yaralanıb – YENİLƏNİB
Ankarada baş vermiş partlayışda 35 nəfər ölüb, 120 nəfər yaralanıb – YENİLƏNİB
13 Mart 2016 / 22:29 / Baxış sayı: 1920
Font1 Font2 Font3 Font4

Hadisə ilə bağlı yayın qadağası tətbiq edilib

Ankara Valiliyinin yaydığı ikinci açıqlamada bildilirib ki, bu gün Ankarada baş vermiş partlayış nəticəsində hadisə yerində 23 nəfər ölüb. APA-nın məlumatına görə, daha 4 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə nəticəsində 75 nəfər yaralanıb.

***22:12

Türkiyənin paytaxtı Ankarada baş vermiş partlayışda 25 nəfər ölüb, 75 nəfər yaralanıb. Bu barədə Ankara Valiliyinin yaydığı rəsmi açıqlamada bildirilib.

**21:48

Ankaranın mərkəzi Kızılay meydanında baş vermiş partlayışın səbəbi hələlik məlum deyil. “Show TV” kanalının verdiyi xəbərə görə, təsdiqlənməmiş məlumatlarda partlayışın bomba yüklü maşın tərəfindən törədildiyi bildirilib.Digər mənbələrdə isə partlayışın canlı bomba tərəfindən törədildiyi iddia olunub.

Partlayış Kızılay meydanın ətrafında təxminən 10-a qədər avtobus dayanacağının olduğu ərazidə baş verib. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşınının cəlb olunması çoxlu sayda yaralı olduğunu söyməyə əsas verir. Hadisə ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib. Türkiyə Radio və Televizya Üst Qurumu hadisə ilə bağlı mediaya yayın qadağası tətbiq edib.

***
21;21

Türkiyənin paytaxtı Ankarada növbəti partlayış baş verib. Partlayış Ankaranın mərkəzi Kızılay meydanındakı avtobus dayanacağında baş verib.İlkin məlumata görə, hadisə yerində çoxlu sayda yaralı var. Partlamanın nəticəsində 6-7 maşının və sərnişin avtobusu tamamilə yanıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri və onlarla təcili tibbi yardım maşınları cəlb edilib.

Qeyd edək ki, bu il fevralın 17-də Ankarada terror aktı baş verib. Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına olan bombalı hücum nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə