Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğandan ilk açıqlama
Ərdoğandan ilk açıqlama
14 Mart 2016 / 11:06 / Baxış sayı: 942
Font1 Font2 Font3 Font4

“Terrorçulardan maşa kimi istifadə edənlər ən əxlaqsız, vicdansız yollara baş vururlar”

Rəcəb Tayyib Ərdoğan - Türkiyə prezidenti

“Türkiyə bölgədə yaşanan hadisələr nəticəsində son illərdə terror hücumlarının hədəfi olmaqdadır. Terror təşkilatları və onları maşa olaraq istifadə edənlər, təhlükəsizlik qüvvələri ilə mübarizədə uduzduqca ən əxlaqsız, ən vicdansız yollara baş vururlar.
Onlar məsum vətəndaşları hədəfə alırlar”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən günAnkaranın Qızılay meydanında baş verən terror hadisəsindən sonra verdiyi ilk açıqlamasında deyib.

Prezident terror qurbanlarına Allahdan rəhmət, yaxınlarına isə səbr arzu edib. Onun sözlərinə görə, bu hucumlar ölkənin bütövlüyü, terrorla mübarizə əzminin sındırılmasına yönəlib.

“Əziz millətimiz xain hücumlar qarşısında hər zamankindən daha çox bir-birinə sarılır, terror, terrorçu və terrorun arxasında dayananlara qarşı birliyini nümayiş etdirir. Türkiyə bu çətin günləri də əlbətdə geridə qoyacaq. Dövlətimiz hər cür terror təhdidi qarşısında özünü müdafiə haqqından istifadə edəcək.

Vətəndaşlarımız narahat olmasınlar, apardığımız terrorla mübarizə mütləq uğurla nəticələnəcək”.

Ankara terroru 13.03.2016

Ankara terroru 13.03.2016

Baş nazir Əhməd Davudoğlu da ilk təziyyə mesajını yayaımlayıb. “Avtobus gözləyən mülki şəxsləri hədəf alacaq qədər gözü dönən bu insanlıq və vicdandan məhrum olan qatilləri ökəm, millətim adınlan lənətləyirəm”.

Ankara terroru 13.03.2016

Ankara terroru 13.03.2016

Türkiyəni qana bulayan terror hadisəsi martın 13-də baş verib. Ankaranın Kızılay meydanında dayanacaqda törədilən partlayış nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə