Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nəsimi rayon məktəbliləri Milli Elmlər Akademiyasında
Nəsimi rayon məktəbliləri Milli Elmlər Akademiyasında
14 Mart 2016 / 11:38 / Baxış sayı: 850
Font1 Font2 Font3 Font4

Azərbaycan Milli Elmlər Akademiyasının “Alimlər evi” və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə AMEA-nın Alimlər Evinin direktoru Nurudə Quliyeva və Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Nəsimi rayonunda yerləşən orta məktəblərin direktor və şagirdləri iştirak ediblər.

Əvvəlcə AMEA-nın elmi nailiyyətlər sərgisinə baxış keçirilib. Şagirdlərdə maraq oyadan sərgi ilə tanışlıq alimlərin çıxışları ilə davam edib.

İlk olaraq AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli Novruz bayramının tarixi, etimologiyası, adət-ənənələrimiz barədə məktəblilərə təfsilatı ilə məlumatlar verib. Sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov interaktiv metodla uşaqların riyaziyyat elmi ilə bağlı suallarını cavablandırıb, bu istiqamətdə onları maraqlandıran mövzular ətrafında müzakirələr təşkil edib. Müxtəlif elm sahələrinə dair çıxışlarda AMEA Şamaxı Astrofizika Rəsədxanasının alimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ədalət Ətayinin çıxışı da şagirdlərin marağına səbəb olub. Astronomiya elminin tarixi, elmi nailiyyətləri, Marağa rəsədxanasının banisi, görkəmli alim Nəsirəddin Tusi haqqında məktəblilərə geniş məlumat verilib. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə